İran və Türkiyə iki dost müsəlman ölkədir. İŞİD necə sünni müsəlmanlığını təmsil etmirsə şiə milislər də İranı təmsil etməz. İŞİD də, şiə milislər də İngiltərə dərin dövləti tərəfindən yönləndirilən təşkilatlardır. Bölgədəki bütün təşkilatlar İngiltərə dərin dövlətinin qoludur.

(A9 TV; 17 dekabr 2016)

Bizim izahlarımızdan sonra Xameneyin bugünkü çıxışında “müsəlmanları bir-birinə qarşı təhrik edən ingilis şiəliyidir” deməsi əhəmiyyətlidir. Xameneyi eynilə bizim diqqət çəkdiyimiz kimi, İngiltərə dərin dövlətinə qarşı qurtuluşun təkcə İslam Birliyi ilə mümkün olduğunu söylədi.

(A9 TV; 17 dekabr 2016)

Terrorist əhvali-ruhiyyə ilə ayaqda dayanır, bunların əhvali-ruhiyyəsini korlayacaq olan fikirlərinin yanlışlığının söylənilməsidir. Bomba, silah bunları daha da şövqləndirər. Ölməyə əzm ediblər. Lakin fikirlərinin əsassızlığından danışsan yıxılar, tamamilə çökər. Anti-darvinist, anti-materialist təhsil verilməlidir.

(A9 TV; 16 dekabr 2016)

İngiltərə dərin dövləti İslam deyildikdə qadınların alçaldıldığı, rəsm əsəri, musiqi, incəsənətin olmadığı bir sistemin ağıla gəlməyini istəyir. “Müsəlmanlar şiddət istəyər, sünnilər və şiələr bir-birlərini asıb kəsərlər” təlqini vermək istəyir. Biz də bu təlqinin əsassız olduğunu göstəririk. İngiltərə dərin dövlətinin yaratmaq istədiyi cəhənnəm kimi İslam anlayışını aradan qaldırdığımız üçün nə qədər tərəfdarları varsa böhtanları ilə üstümüzə salırlar. Bu hücumların üzərimizdə zərrə qədər mənfi təsiri olmaz, olmadığını da görürlər.

(A9 TV; 16 dekabr 2016)

Rəhmətlik Başbuğun məkanı cənnət olsun. Zəhmət çəkə-çəkə çox vətənpərvər, keyfiyyətli, müqəddəsatçı gənclik yetişdirdi. Ülkücü gəncliyin fədakar səyləri olmasa 12 sentyabrdan əvvəl kommunizm Türkiyəyə hakim ola bilərdi. Ülkücülər kommunizmə qarşı sədd oldular. 12 sentyabrdan əvvəl Ülkücü gəncliyin çəkdiyi əziyyəti, gənclərin çoxu bilmir. Onların yaşadıqları dastandır, heç unutmamaq lazımdır.

(A9 TV; 16 dekabr 2016)

Hələbin də, Mosulun da qurtuluşu təkcə İslam Birliyidir. İran, Türkiyə və Pakistan birləşmiş olsa Hələbin “H”-sinə toxuna bilməzdi heç kim. İslam Birliyi yaransa heç bir terror təşkilatı olmaz. İslam Birliyinə qarşı olanlar bilərəkdən və ya bilməyərəkdən bu zülmün qapısını açırlar.

(A9 TV; 16 dekabr 2016)

İŞİD-i də, şiə milisləri də maliyyələşdirən, yönləndirən, qırğın törətdirən İngiltərə dərin dövlətidir. Məqsəd müsəlman düşmənçiliyi yaratmaqdır. Nur olan, cənnət olan İslam dinini asan, kəsən, sevgisiz, cəhənnəm dini kimi göstərmək üçün bütün bu təşkilatları İngiltərə dərin dövləti dəstəkləyir.

(A9 TV; 16 dekabr 2016)

İngiltərə dərin dövləti Osmanlının son dövrlərindən etibarən çevrilişlərlə istədiklərini hakimiyyətdən devirməyə, millətlə oynamağa alışıb. Artıq keçmiş dövrlərdə deyilik. Hər sınaqlarında müvəffəqiyyətsiz olacaqlar. Yenə sınayacaqlar, yenə müvəffəqiyyət qazana bilməyəcəklər, həmişə məğlub olacaqlar.

(A9 TV; 16 dekabr 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)