Sevgini insanların qəlbindən alıblar, halbuki insanın vücuduna və ruhuna ən çox təsir edən sevgidir. Şeytan insanlara sevgini unutdurub həyatın mənasını əllərindən almışdır. Sevgi olmadıqda həyat qalmaz, insan sadəcə orqanizmdən ibarət olar. Sevgi olmadıqda mərhəmətsiz eqoizm olur. Sevgi olduqda Qurandakı hamilik sistemi tam hakim olur, sevərək hər kəsə sahib çıxılır. Həyatın məqsədi də, cənnətin məqsədi də sevgidir. Allahın icazəsi ilə sevgini bütün dünyaya hakim edəcəyik.
(A9 TV; 23 dekabr 2016)
İngiltərə dərin dövləti İran, Rusiya və İsrail ilə aramızın pis olmasını istəyirdi. Hamısına elmlə, biliklə əngəllədik. Rusiya və İran ilə aramızı vuracaqdılar, düşmənçilik istəyənlərin səsi bizim qardaşlıq və dostluq istəyən səslərimiz altında boğulub yox oldu.
(A9 TV; 23 dekabr 2016)
Mən hər zaman mübarizənin fikri olmasının lazım olduğuna inanaram. Terroru müdafiə edən fəlsəfələri fikirlə aradan qaldırmaq ən güclü əks mübarizədir.
(A9 TV; 23 dekabr 2016)
Dəccaliyyət olan İngiltərə dərin dövləti ingilis xalqının da, dünyanın da başına bəladır. Biz fikri olaraq bu qaranlıq quruluşa qarşı mübarizə aparırıq.
(A9 TV; 23 dekabr 2016)
Bizim ingilis düşmənçiliyi deyə mövzumuz əsla yoxdur. Çox ingilis dostumuz var. Tənqidimiz onların da başına bəla olan İngiltərə dərin dövlətinədir.
(A9 TV; 23 dekabr 2016)
Hz. Süleyman dövründə də Peyğəmbərimiz (s.ə.v) dövründə də müsəlmanların keyfiyyəti, gözəlliyi İslamın təbliğində çox təsirli olurdu. Müsəlmanların gözəlliyini, keyfiyyətini, nəzakətini, sevincini görən İslamı yaşamağı sevinclə qəbul etməlidir. Keyfiyyətsizlik İslamı daxilən çökdürər.
(A9 TV; 23 dekabr 2016)
CHP-nin yeni konstitusiyada bölünməyə səbəb ola biləcək xüsusları gündəmə gətirməsi düzgündür. Unitar quruluşun qorunması olduqca əhəmiyyətlidir.
(A9 TV; 23 dekabr 2016)
Yeni konstitusiya maddələrində əyalət quruluşuna səbəb olacaq heç bir hökm olmamalıdır. Bizim Tayyib hocama etimadımız tamdır, lakin gələcəkdə başqa birinin sui-istifadə edə biləcəyi heç bir maddənin olmaması lazımdır. Fərman ilə verilən səlahiyyətlər bu cəhətdən çox əhəmiyyətlidir. Yeni düzəlişdə 123-cü və 126-cı maddələrdə gələcəkdə əyalət sisteminə səbəb ola biləcək xüsuslar varsa, bunlar mütləq aradan qaldırılmalıdır.
(A9 TV; 23 dekabr 2016)
Bir insan mehdilikdən, məsihlikdən istifadə edib qan axıdırsa o mütləq dəccaliyyətdir. Mehdi tək damla qan tökməz.
(A9 TV; 23 dekabr 2016)
Putin təyyarənin salınması və səfirin namərdcə vurulmasında bir mərkəzdən yönləndirmə olduğunu söyləməkdə haqlıdır, bu mərkəz İngiltərə dərin dövlətidir.
(A9 TV; 23 dekabr 2016)





