“Dində məcburiyyət yoxdur”. İnsanlara din zorla və təzyiqlə yaşadılmaz. Təzyiq və məcbur etmək Qurana görə haramdır.
(A9 TV; 26 dekabr 2016)
Rəcm (daşlayaraq öldürmə) Quranda yoxdur. Bütpərəst adətdir. Peyğəmbərimiz (s.ə.v) belə şey deməyib.
(A9 TV; 26 dekabr 2016)
İŞİD, Əl-Qaidə, Boko Haram kimi terror təşkilatlarının tətbiq etdikləri şiddətə öz aləmlərində dəlil göstərdikləri xurafat hədislər var. Bu xurafat hədislərin təməl İslami mənbələrdən çıxarılması lazımdır. Saqqalını kəsənin, namaz qılmayanın, içki içənin öldürülməsi kimi xurafat və Qurana uyğun olmayan hədislərin təməl mənbələrdən çıxardılması lazımdır. Bu elmi iş görülmədən radikal terrorun bitməsi mümkün olmaz.
(A9 TV; 26 dekabr 2016)
Allahdan, Qurandan, Peyğəmbərimiz (s.ə.v)-dən demək olar ki, heç bəhs etməyənlər səhərdən axşama qədər rumiliyi tərifləyirlər. Bundakı anormallığı görmək lazımdır.
(A9 TV; 25 dekabr 2016)
Mehdiyyət ətalət deyil, tam əksinə canlılıq, şövq, həyəcan gətirər. Mehdiyyətin rədd edilməsi fəlakətin adıdır.
(A9 TV; 25 dekabr 2016)
Əbdülhəmid dövründə Fələstindəki musəvi əhalisi 80 minə yüksəlmiş və 36 musəvi yaşayış məntəqəsi salınmışdır.
(A9 TV; 25 dekabr 2016)
Mehdiyyətin dayandırılması qeyri-mümkündür. Taledə Mehdi, İsa Məsih gəldi, vəzifələrini icra etdi və getdilər. Heç kim taleyə mane ola bilməz.
(A9 TV; 25 dekabr 2016)
Allaha, axirətə tam iman gətirə bilmədikləri halda din texniki olaraq həyatını davam etdirənlər var. Bunlar din yolu ilə mənfəət əldə edirlər.
(A9 TV; 25 dekabr 2016)
İran, Rusiya və Türkiyənin ittifaqı İngiltərə dərin dövlətini iflic edər. Pakistan, Misir və Səudiyyə Ərəbistanı da qoşulsa çox təsirli güc olar.
(A9 TV; 25 dekabr 2016)
PKK, İŞİD, Əl-Qaidə, bütün terror təşkilatlarının beyni İngiltərə dərin dövlətidir. Bütün təşkilatlar bu quruluşun yönləndirməsi ilə hərəkət edərlər.
(A9 TV; 25 dekabr 2016)





