Şeytan insanlara darvinizm və materializm ilə pusqu qurur. Bu tələyə düşənlər eqoist, təcavüzkar, şiddətə meylli hala gəlir.
(A9 TV; 6 yanvar 2017)
Dəccaliyyət olmadan mömin savab qazana bilməz. Ağzından nifrət axanlar dəccal ordusudur. Dəccal ordusunun çox olması mömini təəccübləndirməməlidir.
(A9 TV; 6 yanvar 2017)
İnsan fitrəti sevgi, dostluq, mərhəmət və şəfqətə əsaslanır. Lakin insanlıqdan çıxmış sevgisiz kütlənin dilindən də, əlindən də bəla yağır.
(A9 TV; 6 yanvar 2017)
Ruhu şeytana əsir olan, nifrət insanı olar, nifrətdən başqa heç nə ifadə edə bilməz. Artıq o insanlıqdan çıxmış, bir növ heyvan olmuşdur.
(A9 TV; 6 yanvar 2017)
Axırzamandayıq, bəziləri bomba, bəziləri alçaqlıq, bəziləri də ağzından lağım axıdaraq terror törədir. Bir çox şərəfsiz insan var. Bir müddət sonra bu şərəfsizlərin islah olduğunu görəcəksiniz. Qışın ortasında bir anda fırtınanın dayanması kimi fitnələr bitəcək.
(A9 TV; 6 yanvar 2017)
Axırzaman fitnələrinin çox olması müsəlmanlar üçün nemətdir. Bu zalım insanlar həm müsəlmanın dəyərini göstərər, həm də savabını artırar.
(A9 TV; 6 yanvar 2017)
Mehdiyə xilaskar olmaq xüsusiyyətini verən Allahdır. Talut da, Zülqərneyn də xilaskar olaraq göndərilmiş o dövrün Mehdisi olmuşlar.
(A9 TV; 6 yanvar 2017)
Mehdiyyətə qarşı olan bu qədər geniş kütləyə və Mehdini gözləyənlərin çox kiçik qrup olmasına baxmayaraq, mehdiyyət bütün dünyaya hakim olacaq.
(A9 TV; 6 yanvar 2017)
İraq, Suriya, bütün Yaxın Şərq, bütün dünya mehdiyyətə görə formalaşır. Yaşanan bütün hadisələrin təməlində mehdiyyət var.
(A9 TV; 6 yanvar 2017)
Bir xilaskar gözlənilməsinin Quranda yer almadığını söyləmək tamamilə səhvdir. (Nisa surəsi, 75: Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz, bizi xalqı zalım olan bu şəhərdən çıxart, bizə dərgahından vəli (qoruyucu sahib) göndər, bizə dərgahından yardım edən yolla” deyən kişilər, qadınlar və uşaqlardan aciz buraxılmışlar uğrunda vuruşmursunuz?)
(A9 TV; 6 yanvar 2017)





