Amerika ilə Rusiya arasında gərginlik yaranmasının heç bir zərurəti yoxdur. İki ölkə arasında müdafiə paktı bağlansın, rahat yaşasınlar. Rusiya ilə Amerika silah xərclərini yarıbayarı azaldıb xalqlarının rifahı üçün xərcləsinlər.
(A9 TV; 15 fevral 2017)
Allah möhtəşəm gözəlliklər yaradır. Bu gözəllikləri, bu nemətləri həmişə xatırlamaq, bəhs etmək əhəmiyyətlidir.
(A9 TV; 15 fevral 2017)
Buddizm haqq dinin pozulmuş halıdır. Budizmin içində də namaz, oruc, zəkat kimi ibadətlər dəyişmiş halda var.
(A9 TV; 15 fevral 2017)
Namaz çox köhnə, qədim bir ibadətdir. Tarix boyu bütün qövmlərdə namaz ibadəti olmuşdur. Qayaüstü təsvirlərdə də bu həqiqət görünür.
(A9 TV; 15 fevral 2017)
İnsanların zalım, nankor olması Allahın sevmədiyi haldır. Nankorluq çox qorxunc əxlaqdır. Allahın verdiyi nemətləri həmişə saymaq lazımdır. Müsəlmanın nemətləri həmişə yadda saxlaması və Allahı çox sevməsi lazımdır.
(A9 TV; 15 fevral 2017)
Planetlərin orbitləri üzrə fırlanmaları nəticəsində ortaya çıxan naxışlar Allahın möhtəşəm həndəsi sənətinin təcəllisidir.
(A9 TV; 15 fevral 2017)
Gənc qızların bir hissəsi evlilik məsələsində maddiyyata görə düşünüb sanki dəliyə dönürlər. Evliliyə verdikləri əhəmiyyəti, haşa Allaha vermirlər.
(A9 TV; 15 fevral 2017)
Çiçəyin torpağın içində çox nazik kökləri olur, bu köklərlə torpaqdan kalium, maqnezium, faydalı hər şeyi qəbul edir, zərərli olanı isə qəbul etmir. Köklə torpaqdan qəbul edilən metalları su ilə daşıyır, incə-incə hansı rəng üçün hansı maddədən istifadə edəcəyini bilir, tam ölçüsündə istifadə edir. Gözü olmadığı halda tək-tək yağlı boya portreti kimi boyama fəaliyyəti icra edir, hər rəngin sərhədləri müəyyən olur və çiçəyin möhtəşəm rəngləri meydana gəlir.
(A9 TV; 15 fevral 2017)
Allah sonsuz gözəl varlıqdır. Dəyərinin ən çox bilinməli, ən çox sevilməli olan varlıq Odur. İnsanların böyük əksəriyyəti çox nankordur, bu nankorluğa necə sahib olduqları çox təəccübləndirici haldır. İnsanların Allahın dəyərini bilməmələri çox ibrətamizdir.
(A9 TV; 15 fevral 2017)
Bir insanın görmə, eşitmə, toxunmadaki sistemi bildiyi halda, Allahı heç zikr etməməsi əsla başa düşülən hal deyil. Çox böyük qəflətdir.
(A9 TV; 15 fevral 2017)





