Şeytanın ən çox qarşı olduğu mövzu sevgidir. Hədəfi sevgini və gözəlliyi yox etməkdir. Nifrət və şiddət filmləri bilmədən buna xidmət edir.
(A9 TV; 20 fevral 2017)
Allah zalımlar tərəfindən əzilən məzlumları Mehdisi və İsa Məsihlə xilas etsin. İsa Məsih və Mehdini tezliklə zahir etsin.
(A9 TV; 20 fevral 2017)
İsa Məsihi, Hz. Mehdini, Tabut-u Səkinəni və içində gizlədilən bütün müqəddəs əmanətləri görəcəyik inşaAllah. Hamısı möcüzədir.
(A9 TV; 20 fevral 2017)
Təsadüf tamamilə xurafatdır, ola biləcək ən pis açıqlamadır. Təkamül hər şeyin təsadüflərlə olduğunu iddia edən bütpərəst düşüncədir, elm deyildir.
(A9 TV; 20 fevral 2017)
Mehdi dövründə Tabut-u Səkinə tapılacaq. Tabut-u Səkinə insanlara hüzur və sakitlik bəxş edəcək, metafizik cəhəti olacaq.
(A9 TV; 20 fevral 2017)
Hədislərə görə Mehdi zahir olmadan əvvəl də Mehdinin müsbət təsiri bütün dünyada görünəcək və hiss ediləcək.
(A9 TV; 20 fevral 2017)
Şeytanın varlığı, çatışmazlıqlar kimi görünən bütün hadisələr möminin ağlının, şəxsiyyətinin yetişməsi və inkişafı üçün mütləq lazımdır.
(A9 TV; 20 fevral 2017)
Sevmək və sevgini səmimi yaşamaq üçün Allah qorxusu lazımdır. Allah qorxusu olmadan səmimi sevgi olmaz.
(A9 TV; 20 fevral 2017)
Hədislərdə Mehdinin fiziki xüsusiyyətlərindən təfərrüatlı bəhs edilir; açıq alınlı, geniş qarınlı, təbəssüm edən şirin bir insan olduğu bildirilmişdir.
(A9 TV; 20 fevral 2017)
PKK-nın fəlsəfəsinə elmi cavab vermədən təkcə şikayət mahiyyətli çıxışlar etmək olmaz. Darvinist materialist fəlsəfə aradan qalxdıqda terror bitər.
(A9 TV; 20 fevral 2017)





