Türkiyənin taleyi gözəldir. Müsəlmanların taleyi gözəldir. Hər möminin taleyi gözəldir. Tale Allahın ən böyük sənətlərindən biridir.

(A9 TV; 22 mart 2017)

Soyuq, dindən pul qazanan “din texniki” olan insanları xalq sevmir və etibar etmir. Bu da bəhsi keçən insanların həsəd aparmasına səbəb olur. “Din texnik”ləri öz tənhalıqlarını qəzəblə qarşılayıb digər müsəlmanların da tənha qalmasını istəyirlər. Allah bunlara müvəffəqiyyət verməz.

(A9 TV; 22 mart 2017)

Heç sevəni olmayan, özünü müsəlmanlardan üstün görən, həmişə müsəlmanları təhdid ünsürü kimi göstərməyə çalışan din texniki tiplərin həqir və yaltaq xarakteri olur. Hədəfləri darvinizm, materializm, dinsizlik deyil, müsəlmanlar olur. Bunlar ümumiyyətlə imana vəsilə olan iş görmək əvəzinə din vasitəsilə pul qazanan, müsəlmanları narahat edən, əllərindəki imkandan müsəlmanlar əleyhinə istifadə edən insanlar olur.

(A9 TV; 22 mart 2017)

Londonda baş verən terror hərəkətini qınayır, ingilis xalqına başsağlığı diləyirik. Terror və şiddət darvinist, materialist ideologiyanın məhsuludur. Terrorun hər növünü şiddətlə qınayırıq.

(A9 TV; 22 mart 2017)

Avropanın İslam əleyhdarlığının təməlində mövhumatçılığın sevgisiz, incəsənətsiz, dözümsüz, nəzakəti zəif zehniyyəti var. Əlbəttə ki, Avropanın irqçi və müsəlmanlar əleyhinə olan münasibəti çox yanlışdır. Lakin mövhumatçıların da musiqidən, heykəldən, incəsənətdən nifrət edən münasibəti Avropadakı bu məntiqin zəmin qazanmasını təmin edir. Qadının döyülməsini söyləyən, anasının diz qapağını təhrikedici hesab edən, dekolte qadın gördükdə heyvani reaksiyalar verən zehniyyətdən Qərbin narahat olması haqsız səbəb deyil. Bu mədəniyyət pozğunluğunun düzəlməsi vacibdir.

(A9 TV; 21 mart 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)