İslam aləmi qan içindədir, bəziləri “plov yemək sünnədirmi, dezodorant halaldırmı” kimi mövzularla maraqlanır. Mümkün qədər heç bir mövzuya girmədən öz rahatlıqlarını qoruyacaq şəkildə yaşamaq istəyirlər. Bütün bunlara baxmayaraq, biz heç bir mənfəət gözləmədən burada hər zaman münafiqlərə, İngiltərə dərin dövlətinə, darvinizmə, dinsizliyə qarşı var gücümüzlə fikri olaraq mübarizə aparmağa davam edəcəyik.

(A9 TV; 4 aprel 2017)

Müsəlman, bütün xristianlara qarşı olmaz, tam əksinə dindar xristianlarla pisliklərə qarşı ittifaq edər. Xristian düşmənçiliyi yanlışdır. Bədiüzzaman da dindar isəvilərlə müsəlmanların ittifaq etməsinin lazım olduğunu söyləyir. Xristian-müsəlman qarşıdurmasından qəti şəkildə çəkinmək lazımdır.

(A9 TV; 4 aprel 2017)

“Dəccal haradadır ki? İslam Birliyi olmaz ki, mehdiyyətə nə ehtiyac vardır ki” deyənlər məzlumların çəkdiklərinə laqeyd yanaşırlar. Müsəlmanlar bir mənəvi lider ətrafında birləşmədikcə, təkcə Qurana bağlanmadıqca bu əzablar bitməyəcək. İdlibdəki hər uşaqdan, Rohincalı hər qadından, Aralıq dənizində boğulan hər məzlumdan bütün müsəlmanlar məsuldur.

(A9 TV; 3 aprel 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)