Tayyib hocam bu səmimiyyətlə davam etdiyi müddətcə, Allah yolunu həmişə açıq saxlayar. Bunun əksini umanlar həyəcanlanmasınlar.
(A9 TV; 21 aprel 2017)
İnsanlar keyfiyyət və azadlıq istəyirlər. Qadınların, incəsənətin, həyatın azad olduğunu xalqa göstərmək çox vacibdir. Sahilboyu yaşayış məntəqələri, böyük şəhərlər “bizim azadlığımızı bizə hiss etdirin” deyirlər. Hökumətimiz bu məsələdə lazımi tədbiri görəcək, azadlığı gücləndirəcək.
(A9 TV; 20 aprel 2017)
Mənim qız dostlarım həm fiziki cəhətdən, həm də ruhən gözəldirlər. İmanlı, təmiz, sevgini çox yaxşı bilən, mehriban insanlardır. Buna görə də, hamısı çox valehedicidirlər.
(A9 TV; 20 aprel 2017)
Tayyib hocam kimi dəliqanlını asanlıqla tapa bilməzlər. Şövqü və səyi çox gözəldir. Rahat buraxsınlar gözəl xidmətlərinə davam etsin.
(A9 TV; 20 aprel 2017)
Sevgisizliyin, qəddarlığın çox olduğu dünyada sevgini, mərhəməti, bağışlayıcı olmağı söyləyən bizik. Ənənəpərəst ortodoks İslamın müsəlmanlara verdiyi zərəri görüb ağıllı və şəfqətli əks izahat verən tək topluluq bizik.
(A9 TV; 20 aprel 2017)
Biz Quranı səmimi izah edirik, heç bir mənfəət olmadan Quranı izah edirik. Biz din mühəndisliyi etmirik. Allaha olan sevgimizi izah edirik.
(A9 TV; 20 aprel 2017)
Oksigen çox böyük nemətdir. Heç kim bunu düşünmür. Çörək, meyvə nemətdir deyirlər, lakin oksigenin nə qədər mühüm nemət olduğunu söyləmirlər.
(A9 TV; 20 aprel 2017)
Sənayenin olması, inşaat işlərinin çoxalması keyfiyyət ölçüsü deyil. Çin də istehsal edir, lakin keyfiyyəti tam olmur. Keyfiyyət əsas ölçü olmalıdır.
(A9 TV; 20 aprel 2017)
Yaxın Şərq və Şərqin ümumi xüsusiyyəti keyfiyyət çatışmazlığıdır. Millət olaraq bunu dəyişdirək. Türkiyə keyfiyyətin, incəsənətin qalası olsun. Türkiyə keyfiyyətin qalası ola bilərmi? deyirlər, olar. Ya Allah, bismillah deyib başlamaq lazımdır. Sonrası, arxası kəsilmədən gələr inşaAllah.
(A9 TV; 20 aprel 2017)
Coşqun dənizdə hərəkət edirmiş kimi çətin günlərdən keçəcəyik, lakin nəticəsi həmişə gözəllik olacaq. Heç kim ümidsizliyə qapılmasın, Türkiyə işıqlığa gedir. Çox çətin günlərdən keçəcəyik, bir çox insan “tükəndik” deyəcək, lakin 2023-cü illərə çatdığımız zaman hər kəsin üzü güləcək inşaAllah.
(A9 TV; 20 aprel 2017)





