Hədislərə görə hz. Mehdi (ə.s) kömür kimi olmuş qəlbləri sevgi ilə almaza döndərəcək.
(A9 TV; 29 aprel 2017)
Allah möminləri birbaşa küfr əhli ilə müsahib etməz, küfr əhli eyni məkanda da olsa möminlərdən ayrı bir aləmdə sanki öz cəhənnəmində yaşayar. Münafiqlər də möminlərin arasında yaşayarlar, lakin mütləq küfr aləminə keçərlər, lakin iman gətirənlərə zərər verə bilməzlər.
(A9 TV; 29 aprel 2017)
İman gətirənlərin həyatında dərinlik, mədəniyyət, nəzakət, yüksək vicdan, bərəkət, bolluq, təmizlik, bir sözlə, hər cür nemət üstünlüyü var.
(A9 TV; 29 aprel 2017)
Küfr əhlinin həyatında həmişə çətinlik, bəla, əzab, ürək sıxıntısı, ağıl nöqsanlığı, mühakimə pozuqluğu, kir, çürümüşlük və qeyri-sabitlik hakimdir.
(A9 TV; 29 aprel 2017)
Möminlər, Allahın himayəsi altındadırlar çünki üzərlərinə Allahın ruhu enər, onlar başqa aləmdədir, inkarçılar da ayrı aləmdədirlər. Möminlərə Allah xüsusi bərəkət verər, sağlamlıq, gözəllik verər, işləri rahat gedər, zənginlik verilər, yolları açılar. Allah iman gətirənlərin həyatlarını xüsusi davam etdirər, hər cür gözəlliklə doldurar.
(A9 TV; 29 aprel 2017)
Bitkilərdə möhtəşəm ağıl var, bütün xüsusiyyətlərini özlərindən sonrakı nəsillərinə də ötürürlər, bu böyük elm tələb edir.
(A9 TV; 29 aprel 2017)
Bütün dünyanın elm adamları bir yerə toplanıb bir bitkinin etdiyini reallaşdıra bilmirlər. Canlılar Allahın möhtəşəm yaratmasının dəlilidir. Portağalın, albalının, almanın təsadüfən əmələ gəldiyini iddia edənlər, bunun hesabını axirətdə verə bilməyəcəklər.
(A9 TV; 29 aprel 2017)
“Müqəddəs sandıq” yaxın zamanda tapılacaq və Quranda bəhs edilən hz. Musanın əsası, lövhələr, hz. Süleymanın üzüyü kimi əmanətlər görüləcək.
(A9 TV; 29 aprel 2017)
Müsəlmanların başsız qalması böyük təhlükədir, müsəlmanların hal-hazırda bir lideri olsa belə qırğınlar yaşanmazdı.
(A9 TV; 29 aprel 2017)
Hz. Musa (ə.s) çox heybətli idi, çox qüvvətli idi. Buna görə də münafiqlər ondan çəkinirlər, yanında əxlaqsızlıq edə bilmirdilər. Hz. Musa (ə.s) çox yaman idi, güclü lider idi.
(A9 TV; 29 aprel 2017)





