Sevginin həzzini verən Allahdır. Allah sevgini verməsə ən gözəl, ən sevimli varlıq belə insanlara çox ürküdücü gələr.
(A9 TV; 2 may 2017)
Sevdiyin insanı da, sevmə hissini də yaradan Allahdır. Allah sevgi duyğusunu alsa insan heç nə edə bilməz. Buna görə də, həqiqi sevgi Allaha olmalıdır.
(A9 TV; 2 may 2017)
Allah bütün diqqətin Özündə olmasını istəyir. Evləri, televizorları, kompyuterləri, bütün dostlarımızı yaradan Allahdır. Əsil sevgi Allahadır.
(A9 TV; 2 may 2017)
Bədiüzzaman da Mehdinin siyasətdən imtina edəcəyini söyləmişdir. Mehdi siyasətin fəlsəfəsini bəsləyəcək, lakin feili olaraq siyasətlə məşğul olmayacaq.
(A9 TV; 2 may 2017)
Mehdi də, Mehdinin tələbələri də məna qəhrəmanlarıdır. Mehdi dünyanı mənəvi cəhətdən bəsləyən damardır, dünyanın mənəvi qəlbidir.
(A9 TV; 2 may 2017)
Mehdiyyət siyasətə qarışmaz. Mehdiyyət ağıl, məna, dostluq, qardaşlıq ruhudur. Mehdinin siyasi hakimiyyət məsələsi yoxdur.
(A9 TV; 2 may 2017)
Fəlsəfi zəmini olmayan bir hakimiyyət güclü qala bilməz. Türkiyədə solun fəlsəfi zəminini fikri olaraq çökdürdüyümüz üçün sağ həmişə müvəffəqiyyət qazanır.
(A9 TV; 2 may 2017)
Türkiyə və İran tərtəmiz ölkələrdir. Dost və qardaş olmamaları üçün heç bir əsaslı səbəb yoxdur. Təzyiqlərlə Türkiyə və İranın arasını vurmağa çalışırlar, lakin hökumət bu oyunu pozur, biz də dəstək oluruq.
(A9 TV; 2 may 2017)
İran və Türkiyənin arasını vurmağa çalışanlara “Tehran Times”dakı məqalələrimizlə lazım olan cavabı verib, oyunlarını puç edirik.
(A9 TV; 2 may 2017)
Küfr əxlaqındakı vicdansızlıq onlara o qədər böyük əzab çəkdirir ki, sanki cəhənnəm oduna düşmüş kimi yaşayırlar. Buna görə belə qəzəblidirlər. Özləri sevgini, gözəlliyi, dostluğu, səmimiyyəti yaşaya bilmədikləri üçün iman gətirənlərin təmiz, nurlu, keyfiyyətli həyatı onların içinə dərd olur.
(A9 TV; 1 may 2017)





