Tendürek dağında şəhid olan dəliqanlılarımızı təbrik edirik. Nə gözəl cənnət əhli oldular, ailələri üçün də çox böyük şərəfdir. Onların məqamlarına qibtə edirik. Allah bizə də bu gözəl məqamı nəsib etsin. Allah şəhidlərimizin ailələrinə bərəkət, sağlamlıq, xeyirli uzun ömür versin. Allah onları nuru ilə bürüsün.
(A9 TV; 11 may 2017)
Cənab Dövlət Bahçelinin ən gözəl xüsusiyyətlərindən biri eynilə Başbuğ kimi həqiqi dövlət adamı olması və çox güclü dövləti qoruma refleksinə sahib olmasıdır.
(A9 TV; 10 may 2017)
Allah Quranın kafi olduğunu söyləyir. Qurana tam tabe olduğumuz zaman həyat çox asan, zövqlü və gözəl olar. Dünya bayram yeri kimi olar.
(A9 TV; 10 may 2017)
İmam Mehdi bütün əsrlərin ən müasiridir. Bütün müasir dünyanın xülasəsidir. Bütün dünya sevgi ilə onu qəbul edəcək. Mehdi dünyanı cənnətə döndərmə əzminə malik, mehriban, sevgi dolu, Qurana çox sadiq, Qurandan heç güzəştə getməyən insandır.
(A9 TV; 10 may 2017)
İnsanlar Mehdini gördükləri zaman yəqin ki, normal qarşılayacaqlar. Hz. İsa isə çox heyrətvericidir, ata-anası olmayacaq, göyə qaldırıldığı paltarıyla gələcək. O paltarı sonra görəcəyik. Özünü, şən, çox təvazökar, mehriban, müasir, gümrah dəliqanlı olaraq görəcəyik. İsa Məsih yaşıla çalan boz gözlüdür, baxışları çox kəskin və dərindir. Bir dəfə oxuduğu kitabı əzbər bilər. İncil, Tövrat və Quranı biləcək.
(A9 TV; 10 may 2017)
Firon da mason idi. Həzrəti Musa ona təbliğ etdi. Nəmrud da mason idi. Hz. İbrahim ona İslamı izah etdi. Mömin hər kəsə təbliğ edər.
(A9 TV; 10 may 2017)
Hər kəsə şəfqət gözü ilə baxmaq, heç kimi təcrid etməmək lazımdır. Masonları da düşmən etmək deyil, danışıb İslama yaxınlaşdırmaq əhəmiyyətlidir.
(A9 TV; 10 may 2017)
Quranda hicab yoxdur. Lazımi hallarda, qadının özünü qoruması üçün çarşabla örtünmək var. Bunu vicdanı ilə qadın nizamlayar.
(A9 TV; 10 may 2017)
Qiyamətin yaxın olduğu həqiqətdir. Bədiüzzaman həzrətlərinin verdiyi 2120 tarixi də hədislərə görə doğrudur və digər inanclara da uyğundur.
(A9 TV; 10 may 2017)
Ramazan çox zövqlüdür. Müsəlmanlara sevinc, həyəcan verən gözəllikdir. Ramazan fərəhlik və bərəkət ayıdır. Ruhların hüzura qovuşduğu aydır. Allah Ramazan ayını möminlərə nemət olaraq yaradır.
(A9 TV; 10 may 2017)





