Quranda təkamül vardır deyənlərdən qardaşlarımız cinlər, mələklər, cənnət köşkləri, cənnət qılmanlarının necə yaradıldığını soruşsunlar. Mələklər, cinlər, cənnət necə təkamüllə yaradılmadıysa insanlar da təkamüllə yaradılmamışdır. Hz. İsa necə ki, palçıqdan quş formasında bir şey düzəldir və o bir anda canlı quşa dönürsə, insan da Allahın ruh verməsi ilə insan olmuşdur. Təkamül yoxdur. Hz. Musa əlindəki əsanı atdığı zaman əsa tam canlı ilana necə dönürsə, insan da bir anda insan olaraq yaradılır, mərhələ-mərhələ deyil.

(A9 TV; 13 may 2017)

Quran ilə təkamülü uyğunlaşdırmağa çalışanlar çox məntiqsiz açıqlamalar verirlər. Quranda təkamülə dair heç bir ayə yoxdur. Zər aləmində bütün insanlar bütün bədən üzvləri ilə tam olaraq yaradılıblar. Sonra dünyaya göndəriliblər. Təkamüllə mərhələ-mərhələ yaradılma yoxdur.

(A9 TV; 13 may 2017)

Cənab Kamal Kılıcdaroğlu dəyərli insandır. Müxalifət lideri olaraq vətən, bayraq, dövlət üçün səmimiyyətlə səy göstərir. Lider olmaq çətin vəzifədir.

(A9 TV; 13 may 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)