Əxlaq sisteminin quruluşunda, bir insanın bütün ictimai tərəflərində din var. Din mədəniyyəti dərsi olmasın deyənlər həyat öyrənilməsin demiş olurlar. Gənclər bütün dinləri, inancları, məzhəbləri, ideologiyaları mütləq öyrənməlidir. Belə olmadığı halda, cahil yetişmiş olurlar.
(A9 TV; 16 may 2017)
Gənclərin böyük əksəriyyətində Quran müsəlmanlığı ruhu var. Mövhumatçı, sevgisiz, səmimiyyətsiz zehniyyətə isə haqlı şəkildə əks reaksiya göstərirlər.
(A9 TV; 16 may 2017)
Darvinist təhsil, insanların ruhundan sevgi, mərhəmət və anlayışı aldı. Darvinist təhsilin insani duyğuları zəiflətməsi çox böyük fəlakətdir.
(A9 TV; 16 may 2017)
Atatürkün səmimi dindar olduğunu izah edən və həqiqi Atatürkü sevdirən mənim əsərlərimdir.
(A9 TV; 16 may 2017)
İslamı təbliğ etmək üçün, dini izah etmək üçün qarşılıq istənilməsi qorxunc vəziyyətdir. Din mənfəət gözləmədən izah edilər.
(A9 TV; 16 may 2017)
Türkiyənin İslam aləminə öncül olması üçün Quran müsəlmanlığı ilə hərəkət etməsi və mehdiyyəti isnad nöqtəsi kimi qəbul etməsi lazımdır.
(A9 TV; 16 may 2017)
Əvvəllər kürdlərə əksər insan hörmət göstərməzdi. Bu çox əxlaqsız münasibət idi. Kürdlərin alicənablığını, mərdliyini, mehribanlığını anlamırdılar. Kürd deyildikdə aşağı keyfiyyətli insan ağla gəlir. Sevgisiz, mərhəmətsiz olanlarda hələ də kürd nifrəti var, lakin bunlar bütün dünyaya qarşı nifrət doludurlar.
(A9 TV; 16 may 2017)
Din insanı çıxılmaz vəziyyətlərə sürükləməz. Allah səmimiyyəti əsas götürər. Din sadə və asandır.
(A9 TV; 16 may 2017)
Təhsil sistemində dəyişiklik olması lazımdır. Əzbərçi, imtahana əsaslanan təhsil sistemi deyil, filmlərlə, sərgilərlə əyləncəli təhsil olması vacibdir. Təhsilin əsas məqsədi insanların ümumi bilik qazanmasıdır və bu ümumi biliyi gündəlik həyatında istifadə edə bilməsidir. Sistem buna görə olmalıdır.
(A9 TV; 16 may 2017)
Tayyib hocamla Trampın görüşməsi inşaAllah xeyirlərlə nəticələnər. İkisi də qiymətli liderlərdir, Allah müvəffəqiyyətlər nəsib etsin.
(A9 TV; 16 may 2017)





