Əlillərə hörmət və sevgi göstərə bilməsi üçün insanın Allahı sevməyi bacarması lazımdır. Allahı sevməyən, Allahdan qorxmayan, heç kimi sevə bilməz.
(A9 TV; 17 may 2017)
Mehdiyyət bütün dünyanın qidasıdır. Mehdiyyətin sevgi, iman, keyfiyyət ruhu olmadan dünya ayaqda qala bilməz.
(A9 TV; 17 may 2017)
Mədəniyyət və incəsənət həyatın gözəlliyidir. İnsanın ruhundakı cənnət həsrətidir. İncəsənət, keyfiyyət və sevgi yoxdursa həyatın mənası qalmaz.
(A9 TV; 17 may 2017)
İnsan zəif yaradılıb. İmansızlıq geniş yayıldığı üçün insanların çoxu özlərini arxayın hiss etmir və şiddətli stress içində yaşayırlar. Küçəyə çıxır sevgi yoxdur, evə gəlir sevgi yoxdur, etibarlı və səmimi insan tapa bilmir və şiddətli gərginlik yaşayırlar. Bu vəziyyət imanla həll edilər.
(A9 TV; 17 may 2017)
Qərb öz aləmində bölgədə mövhumatçılığa qarşı çıxan, qadın hüquqlarını müdafiə edən, müasir strukturun PKK olduğu qənaətindədir və buna görə də, PKK-nı dəstəkləyir. Bu qənaət doğru olmadığı halda, PKK Qərb üçün müsəlmanlara qarşı təsirli silahdır. Türkiyə qadın hüquqlarının, keyfiyyətin, incəsənətin mərkəzi olsa, insanların PKK-nı dəstəkləmək üçün əllərindəki bu bəhanə aradan qaldırılmış olar.
(A9 TV; 17 may 2017)
Türkiyənin sevinci imanla gələr. İnsanlara bir tərəfdən darvinist, materialist digər tərəfdən isə mövhumatçı sistem zorla qəbul etdirilərsə bədbəxtlik baş verər.
(A9 TV; 17 may 2017)
İncəsənət, mədəniyyət və keyfiyyət çatışmazlığı Türkiyənin ən mühüm problemlərindən biridir. Mədəniyyət və incəsənət, təkcə keyfiyyət sayəsində inkişaf edər. Keyfiyyət möminin cənnət həsrətindən irəli gələr. İncəsənət və keyfiyyət iman sevgisi ilə yaranar.
(A9 TV; 17 may 2017)
Qarşısındakını təsadüf nəticəsində meydana gəlmiş bir növ heyvan kimi görən insanlar yetişdikdə sevginin və dostluğun yaşanması mümkün olmur.
(A9 TV; 17 may 2017)
Dəccalın dini aradan qaldırılmadan Dəccalın fitnəsi bitməz. Dəccalın dini Darvinizmdir. Darvinizmin əsassızlığı elmlə izah edilməlidir.
(A9 TV; 17 may 2017)
İngiltərə dərin dövləti darvinizmi və mövhumatçı İslam anlayışından iki güclü silah kimi istifadə edir. Bu iki silahı da əllərindən elmlə almaq vacibdir.
(A9 TV; 17 may 2017)





