Quranda “açıq qadın cəhənnəmə gedər” deyə bir hökm yoxdur. Bu, illərlə davam edən yanlış məlumatlandırmadan irəli gələn batil inancdır.
(A9 TV; 19 may 2017)
Ruhlarında iman gücü olmayan insanların Allah sevgisini, iman həqiqətlərini, cənnət gözəlliklərini izah edən cümlələri olmur. Lakin mübahisə, söz ilişdirmə, dedi-qodudan söhbət gedəndə çox qabiliyyətli olurlar.
(A9 TV; 19 may 2017)
Heyrətverici şəkildə qadın sevgisində, uşaq sevgisində, insan sevgisində çatışmazlıq görünür. Bu sevgisizlik ruhu mehdiyyətlə aradan qalxacaq.
(A9 TV; 19 may 2017)
Müsəlmanların parçalara ayrılıb bölünməsi hazırda İslam aləminin ən böyük problemidir. Qurana tabe olub bölünməyə son qoymaq lazımdır. (Rum surəsi, 32: (O müşriklər ki,) öz dinlərini firqələrə ayırmış və özləri də parça-parça olmuşdurlar ki, hər qrup öz əlindəki ilə öyünüb sevinir.)
(A9 TV; 19 may 2017)
Məzhəb təəssübkeşliyi müsəlmanlar arasında ciddi gərginliklərə və qarşıdurmalara səbəb olur. Peyğəmbərimiz (s.ə.v) dövründəki kimi təkcə Qurana tabe olunmalıdır.
(A9 TV; 19 may 2017)
Atatürk incə düşünmüş, uşaqlar üçün ayrı, gənclər üçün ayrı bayram elan etmişdir. Bu incə düşüncə Atatürkün gənclərə verdiyi dəyəri göstərir.
(A9 TV; 19 may 2017)
Hz. Mehdinin gəlişi İslama, xristianlığa və musəviliyə görə bu əsrdə olacaq. Bu əsrdən başqa vaxt yoxdur.
(A9 TV; 19 may 2017)
Çətin günlər və böyük hadisələrlə qarşılaşacağıq və nəticəsi xeyirli və gözəl olacaq. Türkiyə bərəkətli, uğurlu ölkədir.
(A9 TV; 19 may 2017)
Möminin hər hərəkəti Allahın məmnuniyyəti üçündür. Allah möminin tək eşqidir. Allah rizası üçün edilən hər səy Eşqimizə göstərdiyimiz sevgidir.
(A9 TV; 19 may 2017)
İslama görə dönülməyəcək heç bir səhv, günah yoxdur. Tövbə etsən dönərsən.
(A9 TV; 19 may 2017)





