Allaha təvəkkül edən və səmimi olan insan təkbaşına da olsa həmişə müvəffəqiyyətli olar. Rəsulullah (s.ə.v) yetim idi, sultanlar sultanı oldu. Allahı səmimi sevən insanı Allah tək qoymaz, sevəcəyi insanları da yanına gətirər.
(A9 TV; 25 may 2017)
İslamın gözəl cəhətlərindən biri insanın şəxsiyyətini dəyişdirməsidir. Xəsis olan comərd, qorxaq olan cəsur, qəzəbli olan təmkinli olar.
(A9 TV; 25 may 2017)
Əsəbiləşmək insanı hörmətdən salan, görünüşü gülünc vəziyyətdir. İnsanın özünə qəzəbi heç yaraşdırmaması lazımdır. Mömin qəzəblənəcəyi vəziyyətlə qarşılaşar, lakin Allaha sığınıb bu duyğunu məğlub edər. Allahın göstərdiyi təsvirə qəzəblə deyil, xeyir gözü ilə baxar.
(A9 TV; 25 may 2017)
İqtisadiyyatın kilidlənməsinin və kasıblığın əsas səbəbi mal-dövləti toplama ehtirasıdır. Allah sevgisi və qorxusu ilə birlikdə toplama ehtirası aradan qalxdıqda zənginlik meydana gələr.
(A9 TV; 25 may 2017)
Televiziya kanallarında, radiolarda ümumi biliyi artıracaq məlumatlar həmişə çatdırılsa böyük irəliləyiş olar, ancaq ümumi biliyin imanla birləşməsi əsas şərtdir.
(A9 TV; 25 may 2017)
Qısqanmaq qadını uca bilmək, ona hər cür gözəlliyi təqdim etmək, pislikdən qorumaq, şərəfinə, iffətinə diqqət göstərmək mənasında olar. Qadına etimad etməyib potensial günahkar görüb, hər an bir cinayət işləyəcəyindən şübhələnib təqib edirsənsə bu o qadına təhqir olar.
(A9 TV; 25 may 2017)
Həyatı dolu-dolu yaşamaq Allahın rizasının ən çoxunu axtararaq mümkün olar. Dünyanın haqqı ən gözəl belə verilər.
(A9 TV; 25 may 2017)
Eqoistlik insana əzab verər, insanı kirlədər, çökdürər və insanı mənəvi cəhətdən xəstə edər.
(A9 TV; 25 may 2017)
Mehdiyyət dövrünə qədər həqiqi bolluq meydana gəlməyəcək, iqtisadi böhranlar davam edəcək. Hz. Mehdi dövründə isə görünməmiş zənginlik olacaq.
(A9 TV; 25 may 2017)
Mətbuatda dərc olunan sevgisizliyi təlqin edən xəbərlərə heç kim etibar etməsin. İran təmiz müsəlman ölkəsidir, Türkiyənin dostudur.
(A9 TV; 25 may 2017)





