Terrora qarşı ən böyük vuruş kommunizmin beyni olan darvinizmin dağıdılmasıdır, əsassızlığının öyrədilməsidir.
(A9 TV; 27 iyun 2017)
Darvinizm bütün Yaxın Şərqdən, islam və xristian aləmindən elmi olaraq silinəcək. Belə hiyləgərlik artıq bəşəriyyətlə lağ edə bilməyəcək.
(A9 TV; 27 iyun 2017)
Tayyib hocam İngiltərə dərin dövlətinə qarşı dayana bilən, İslam Birliyini istəyən dəliqanlı liderdir. Bütün İslam aləmi yanında olmalıdır. Tayyib hocamı dəstəkləmək partiya məsələsi deyil. Partiyalardan kənar bir məsələ olaraq lideri qorumaq, sahib çıxmaq lazımdır.
(A9 TV; 27 iyun 2017)
Başda İngiltərə və İtaliya olmaqla, Avropa mətbuatı “Adnan Oktarın fəaliyyətləri ilə Türkiyədə darvinizmin sonu gəldi” xəbərlərini hazırladı.
(A9 TV; 27 iyun 2017)
Darvinizm tarix dərsinin bütpərəst dinlər bölməsində “şumerlərdə din necə idi?” başlığı altında izah edilə bilər. Lakin elm olaraq öyrədilə bilməz, çünki darvinizm eynilə keçmiş cəmiyyətlərdə olduğu kimi təsadüfləri büt qəbul etmiş batil inancdır. Darvinistlər açıqca “bütə inanırıq” desinlər bu inanclarına hörmət edərik, lakin “darvinizm elmdir” desələr bunu qəbul etmərik. Təsadüf elm deyil.
(A9 TV; 27 iyun 2017)
Allah şəhidlərin sevinc içində olduqlarını xəbər vermişdir. Allahın sevinc içində olduğunu bildirdiyi insan üçün ağlamaq doğru olmaz.
(A9 TV; 27 iyun 2017)
Şəhidlərimizin şəhidliyi mübarək olsun. Şəhid ailələrimizin zadəgan duruşu da çox gözəldir. Allah hamısını nuru ilə bürüsün.
(A9 TV; 27 iyun 2017)
Heyvanların balalarına göstərdikləri diqqət, Allahın şəfqətinin və sənətinin gözəl təcəllisidir.
(A9 TV; 26 iyun 2017)
Küçədə sənətlə məşğul olanlara hörmət göstərmək vacibdir. Çəkdikləri zəhməti alqışlamaq, onlara diqqət göstərmək gözəl vicdandır.
(A9 TV; 26 iyun 2017)
Bəziləri qadınlara gülməyi belə çox görürlər. Qadınlar dünyanın ən gözəl bəzəyidir, mümkün qədər azad olacaqlar, hər yerdə hörmət görəcəklər.
(A9 TV; 26 iyun 2017)





