İnsanların etdikləri tənqidləri qiymətləndirərkən, “nə olur olsun Allah eşitdirir” deyə düşünmək doğru olar. Hər tənqiddə, hər sözdə xeyir, gözəllik axtarmaq, hamısından faydalanmaq lazımdır.
(A9 TV; 6 aprel 2018)
Bəzən insanlar Allahın razılığını qazanmağı tam anlamırlar. Hətta, haşa, içi boş bir şey kimi düşünürlər. Allahın razılığını qazanmaq demək, Allahın eşqini, sevgisini qazanmaq deməkdir. Allahın Öz ruhunu sevməsidir.
(A9 TV; 6 aprel 2018)
Allah ilə həmişə əlaqədə olmaq, imanın güclü olması, Allahı çox sevmək, Allah qorxusunun həqiqi mənada təcəlli etməsi, bir insanın ən çox istəyəcəyi şeylərdir. İnsan bu gözəllikləri istəyəndə, Allah mütləq o duanı qəbul edər.
(A9 TV; 6 aprel 2018)
Qadın, yüksək əxlaqı, Allah sevgisini, Allah qorxusunu bilən insanı bəyənər. Qadın ağıldan, ehtirasdan, dərinlikdən təsirlənər.
(A9 TV; 6 aprel 2018)
Münafiq xüsusi yaradılmış çarəsiz gücdür. Müsəlmanların motivasiya olması üçün vəsilədir. Bunun xaricində diqqətə alınacaq tərəfləri yoxdur.
(A9 TV; 6 aprel 2018)
Quran müsəlmanlığı izah edilməzsə gənclərin dindən uzaqlaşması çox sürətli olar. Quran müsəlmanlığında din çox güclü iman üzərinə oturar. Biz Quran müsəlmanlığını izah etdiyimiz üçün gənclərin dinə yaxınlaşmasına vəsilə oluruq. Bizim bəhs etdiyimiz model xaricində gənclərin dinə yaxınlaşması mümkün görünmür.
(A9 TV; 6 aprel 2018)
Hörümçək toru, Allahın varlığının açıq dəlilidir. Yüz insan bir araya gəlsə o toru hazırlaya bilməz, amma hörümçək doğulduğu andan etibarən mükəmməl mühəndisliklə tor hazırlamağı bilir.
(A9 TV; 6 aprel 2018)
Şeytanın təsirinə girən adam əvvəl müsəlmanlardan uzaqlaşar, küfrün içinə dalmağa başlayar. Xarakter qeyri-sabitliyi meydana gələr. Dindən uzaqlaşar, namazdan, ibadətdən uzaqlaşar. Küfrün içinə gedəndə orada da sıxılar. Həmişə dalğalanma içində olar. Şeytan bu cür tipləri çox sıxar, ömürləri pərişan keçər və bu dağınıqlıq içində ölü kimi yaşayarlar.
(A9 TV; 6 aprel 2018)
Millətin Tayyib hocamın yanında olduğunu göstərən böyük mitinq təşkil edək. Dövlətin müxtəlif səviyyələrinə sızmış İngilis dərin dövlətinin təsirində olan bəzi tiplərə də bu mitinq çox gözəl cavab olar. Bəzilərində haradan gəldiyi müəyyən olmayan çirkin cəsarət vardır. Bu çirkin cəsarətə millətin verəcəyi cavab çox əhəmiyyətlidir.
(A9 TV; 6 aprel 2018)
İnsanın özünə hörməti həyati mövzudur. Keyfiyyətli insanın özünə hörməti ən yüksək səviyyədə tutması lazımdır. Özünə hörməti itirmək dəhşətli nəticələr meydana gətirə bilər, Allah qorusun.
(A9 TV; 5 aprel 2018)





