Türkiyə musəviləri Türkiyənin vətəndaşı olan insanlardır, bu insanları narahat etmək çox çirkindir. Neve Şalom sinaqoqu qarşısında etiraz aksiyası keçirmək olmaz. İbadətgah qarşısında etiraz aksiyası keçirmək olmaz. Dindar insanlar narahat edilməz. Bu, Quran əxlaqına və millətimizin ənənəsinə uyğun deyil.

(A9 TV; 20 iyul 2017)

Sevgisizlərdə düşmən sayı çoxdur. Kürddən, ələvidən, hər kəsdən nifrət edirlər. İnsanları fərqli yaradan Allahdır. Bu gözəllikdir. Hamımızı Allah yaratdı. Hamımız Adəm və Həvvanın övladlarıyıq. Heç kimin irqindən ötrü başqasından üstünlüyü yoxdur.

(A9 TV; 20 iyul 2017)

Qurandakı Allahın hökmündən kənar hökm olmaz. Ən gözəl, ən doğru hökm Qurandadır. (Ənkəbut surəsi, 51: özlərinə oxunan Kitabı sənə nazil etməyimiz onlara kifayət etmirmi? Şübhəsiz ki, bunda iman gətirən qövm üçün həqiqətən rəhmət və öyüd (zikr) vardır.)

(A9 TV; 20 iyul 2017)

Türkiyədəki imkanları qiymətləndirərkən ölümdən qaçmış məzlum Suriyalılara edilən köməyi gündəmə gətirmək vicdanlı üslub olmaz. Suriyalılara edilən köməyi vicdan sahibi bütün insanların sevinc vəsiləsi olaraq görməsi lazımdır. Əks halda mərhəmət duyğusuna yaraşmaz.

(A9 TV; 20 iyul 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)