Münafiq hər gün özü üçün, yeni din yaradar. Münafiqin bir həftə əvvəl müdafiə etdiyi dinlə, bir həftə sonra müdafiə etdiyi din tam fərqli olar.
(A9 TV; 2 avqust 2017)
Münafiq namazı tərk etmək üçün, sədəqə verməmək üçün, İslama xidmət etməmək üçün öz aləmində ayədən dəlil gətirər. Münafiq hər cür əxlaqsızlığını Quran ayəsi ilə açıqlamağa çalışar. Çox axmaq olduğu üçün ağılsızlığını görə də bilməz.
(A9 TV; 2 avqust 2017)
Münafiq azğın, axmaq məxluqdur. Təkcə öz kefini düşünər və Quran ayələrini də öz nəfsinə uyğun ağılsız şərh edər. Münafiq Quran ayələrini şərh edərkən ibadətdən, dini yaşamaqdan necə qaçacağını axtarar. Nəfsini necə xilas edəcəyini düşünər.
(A9 TV; 2 avqust 2017)
Mehdiyyət bir körpənin ana bətnində inkişaf etməsi kimi, Allahın himayəsi altında inkişaf edər və vaxtı gələndə doğum baş verər.
(A9 TV; 2 avqust 2017)
Ağıllı qadına aşiq olunar. Ağıllı və gözəl xasiyyətli qadın dərin ehtirasla sevilər.
(A9 TV; 2 avqust 2017)
Ateist gənclər xurafat dənizindən və ənənəçi ortodoks sistemin zəhərindən təngə gəliblər. Onlara Quranın aydınlıq ruhu izah edilməlidir.
(A9 TV; 2 avqust 2017)
Bacı-qardaşlarımızı ələvi və kürd olduğu üçün təcrid edən insanlar öz əxlaqsızlıqlarını göstərmiş olurlar.
(A9 TV; 2 avqust 2017)
Yaxın Şərqin xilas olması İslam aləminin birləşməsi və mehdiyyət ilə mümkün olacaq.
(A9 TV; 2 avqust 2017)
Darvinizm Osmanlının bütün gücünü əlindən aldı. Osmanlı mənəvi gücünü itirdikdə hərbi və siyasi olaraq da bütün gücünü itirdi.
(A9 TV; 2 avqust 2017)
Taledən kənar heç nə olmaz. Dünyanın taleyinin son mərhələsində mehdiyyət var. Bu taleyi heç kim dayandıra bilməz.
(A9 TV; 2 avqust 2017)





