Dünyadakı problemlərin həlli üçün Peyğəmbərimiz (s.ə.v) tək bir həll yolu göstərmişdir: Mehdiyyət.
(A9 TV; 4 avqust 2017)
Suriyalı canlarımıza qarşı şəfqətsiz üslub işlədənlər çox böyük vicdansızlıq edirlər. Onlara qarşı mərhəmətsizlik zülm olar.
(A9 TV; 4 avqust 2017)
Dəccaliyyətin ən mühüm silahlarından biri ənənəçi ortodoks din anlayışıdır. Bundan istifadə edərək insanları dindən uzaqlaşdırır. Dəccaliyyət ənənəçi ortodoks sistemlə gözəlliyi, incəsənəti, sevinci öldürərək yer açır və açılan yerə homoseksuallığı yerləşdirmək istəyir.
(A9 TV; 4 avqust 2017)
Mənim məqsədim sevgisizliyin dünyadan qalxmasıdır. Möminin Allahı və Allahın yaratdıqlarını coşğu ilə sevməkdən başqa məqsədi olmaz.
(A9 TV; 4 avqust 2017)
İncəsənətsiz həyat olmaz. İncəsənətin bütün sahələrində böyük canlılıq olması lazımdır. Hökumətimizin bu məsələni prioritetli görməsi lazımdır.
(A9 TV; 4 avqust 2017)
Bəzi insanlar ənənəçi İslamı tanıdıqları üçün Quranın kafi olduğunu eşitdikləri zaman, Qurandakı azadlığı tanıdıqları vaxt təəccüblənirlər. İslamda musiqi, rəqs, incəsənət olmaz, müsəlman dediyin həmişə ağlayar, baxımsız olar, kasıb yaşayar, içinə qapalıdır deyə bilirlər. Müsəlmanların coşğulu həyatının olması, gözəl, baxımlı, zəngin olmaları bu insanları təəccübləndirir. Zənginliyin, gözəlliyin və sevincin təkcə küfr əhlinin haqqı olduğunu, müsəlmanın dünyada süründüyünü, gözəlliklərə təkcə cənnətdə qovuşacağını zənn edirlər. Halbuki Allah bütün nemətləri möminlər üçün yaratmışdır. Küfr əhli zəngin olduğu zaman heç kim bu necə olur deyə soruşmur. Mömin zəngin olduğu zaman bu necə olur deyə qəribə qarşılayırlar. Dünyadakı bütün gözəlliklər Əraf surəsi, 32-ci ayədə bildirildiyi kimi; “bunlar dünya həyatında iman gətirənlər üçündür, qiyamət günü isə təkcə onlarındır”.
(A9 TV; 4 avqust 2017)
Gənclərin həyatının çox dolu olması lazımdır. İncəsənətə, sevgiyə, hər cür gözəlliyə vaxt ayırmaları, söhbətlərinin dolu olması lazımdır.
(A9 TV; 4 avqust 2017)
Gənclərin heyvanlara qarşı sevgiləri və mərhəmətləri çox gözəldir. Heyvanları qorumaları, bu məsələdəki diqqətləri çox dəyərlidir.
(A9 TV; 4 avqust 2017)
Mədəni və keyfiyyətli olmağın zövqünə qovuşmuş insan kitab oxumaqdan zövq alar.
(A9 TV; 4 avqust 2017)
Müsəlman hər zaman, hər yerdə hörmətkar, nəzakətli və həlimdir.
(A9 TV; 4 avqust 2017)





