Təhsildə əsas məqsədin sevgi və səmimiyyət olması lazımdır. Şagirdləri havasız siniflərə doldurub soyuq üslubla əzbərçiliyə əsaslanan təhsil vermək olmaz. Məktəblər ev dizaynında olmalıdır, yoldaşlıq ruhu yaşanmalıdır. Bir insanın ən gözəl illəri beton yığınları içində keçməməlidir. Məktəblər yaraşıqlı olmalıdır.

(A9 TV; 6 avqust 2017)

Ənənəçi ortodoks anlayışında qadın potensial təhlükə və döyüləbilən varlıq kimi görünür. Bunun nəticəsi qadına zorakılıq olur. Darvinist düşüncə də qadını alçaldır və bir növ heyvan kimi görür. Qadını yarımçıq məxluq kimi görən çirkin zehniyyət dünyaya hakimdir.

(A9 TV; 6 avqust 2017)

Ənənəçi ortodoks sistemə inananların çox ayrı dünyası var. Öz aləmlərində gəncləri formalaşdırmağa çalışırlar. Gənclər qətiyyən onların zövqsüzlüyünə tabe olmaz və olmayacaq. İçinə qapalı, incəsənətdən, elmdən uzaq, çökmüş həyat fəlsəfəsini insanlara zorla qəbul etdirməyə çalışmasınlar.

(A9 TV; 6 avqust 2017)

Münafiq harada saxtakar vardırsa, onların yazdıqlarından sitat gətirərək o kiçik beyni ilə müsəlmanları məğlub edəcəyini zənn edər. Qurana qarşı heç kim müvəffəqiyyətli ola bilməz. Qurana qarşı gələn hər münafiq içində olduğu pislik çuxurunda daha da boğular.

(A9 TV; 5 avqust 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)