Yuxularda bəzən işarələr olar, ancaq yuxu ilə hərəkət edilməz.
(A9 TV; 10 avqust 2017)
Terrora qarşı ən mükəmməl mübarizə fikri mübarizədir. O insan fikirlə terrorist olduğuna görə, fikirlə də terrorist olmaqdan çıxar.
(A9 TV; 10 avqust 2017)
Allahı tək qoymasan, Allah da səni tək qoymaz. Allahı çox sevsən, Allah da səni sevər və çox sevdirər.
(A9 TV; 10 avqust 2017)
Təvəkkül etməyən, taleyi və Allahın gücünü unudan, özünü bütləşdirən insan gücünü itirər.
(A9 TV; 10 avqust 2017)
Qadınları İslamdan uzaqlaşdırmağa çalışanlara heç kim etibar etməsin. Quran qadınlara mümkün olduğu qədər azadlıq verər.
(A9 TV; 10 avqust 2017)
Bütün gənclərimizdə, dinə qarşıymış kimi görünənlər də daxil olmaqla, mehdiyyət ruhu, Quran müsəlmanlığı ruhu hakimdir.
(A9 TV; 10 avqust 2017)
İncəsənət xadimlərinə lazım olan dəyəri verməmək çox mühüm çatışmazlıqdır. İncəsənət xadimlərinin qorunmamağı, adlarının xatırlanmamağı çox acınacaqlı haldır.
(A9 TV; 10 avqust 2017
Quranda olmayan yüzlərlə qayda gətirərək milyonlarla qadını namazdan və dəstəmazdan uzaq saxlayırlar. İslam adı altında İslamdan uzaqlaşdırırlar.
(A9 TV; 10 avqust 2017)
İranda, Rusiyada, Pakistanda, İsraildə, ABŞ-da və daha bir çox ölkədə məqalələrimin dərc olunması, kitablarımın olması Allahın lütfüdür.
(A9 TV; 10 avqust 2017)
Quranda bildirilən himayədarlıq sistemi tam yaşandığı zaman hər kəs bir-birini öz ailəsi kimi qoruyar, o zaman yoxsulluq, kasıblıq qalmaz.
(A9 TV; 10 avqust 2017)





