Dünyadakı bütün nemətlər möminlər üçündür, axirətdə isə təkcə möminlərindir. Müsəlman bütün gözəlliklərə sahib olar.
(A9 TV; 21 avqust 2017)
Bir insanın imanı nə qədər güclüdürsə o qədər gözəl və təsiredici olar.
(A9 TV; 21 avqust 2017)
Mövhumatçı zehniyyət ucbatından bir çox insan dindən uzaq dayanır.
(A9 TV; 21 avqust 2017)
Küçə musiqiçiləri o şəhərin gözəlliyidir, mütləq təşviq edilməli, təqdir edilməli və qorunmalıdırlar.
(A9 TV; 21 avqust 2017)
Peyğəmbərimiz (s.ə.v) terrorun və anarxiyanın bitməsinin yolunun mehdiyyət olduğunu söyləmişdir. Hz. Mehdi zahir olana qədər bir fitnə bitər, digəri başlayar.
(A9 TV; 21 avqust 2017)
Müvəffəqiyyətin yeganə sirri Allaha sığınmaq, Allaha güvənmək, Allaha təslim olmaqdır.
(A9 TV; 21 avqust 2017)
Cənnətdən zövq almağımızın sirri dünyada aldığımız təhsildir. Bu təhsillə və imtahanla özümüzü tanıyır, yüksək ruha sahib oluruq.
(A9 TV; 21 avqust 2017)
İslam Qurana görə yaşandığı zaman müsəlmanlar arasında ayrılıq qalmaz. Din Peyğəmbərimiz (s.ə.v) dövründəki kimi tətbiq olunduğu zaman həmrəy olunar.
(A9 TV; 21 avqust 2017)
İnsan narahat olduğu hər hansı məsələni bir neçə il sonra xatırlamır belə. Narahatlığa həmişə gələcəkdən baxmaq lazımdır. Çox səmimi özünü Allaha buraxsan, özünü tamamilə Allaha təslim etsən və kəskin diqqətlə Allaha bağlansan narahatlıq heç vaxt qalmaz.
(A9 TV; 21 avqust 2017)
İmtahan əziyyətlə olduğu zaman imtahandır. İnsanın ruhunun keyfiyyəti çətinlik və əziyyət zamanı ortaya çıxar. Dünyada əziyyət çəkməliyik ki, Allaha olan dəlisov sevgimiz tam ortaya çıxsın. Əgər əziyyət yoxdursa sevgi və eşq yaranmaz.
(A9 TV; 21 avqust 2017)





