Ənənəçi ortodoks sistem elm və incəsənətin inkişafının qarşısındakı maneədir. Bu sistemdə elmə xoş gözlə baxılmaz, incəsənət isə qadağandır.
(A9 TV; 24 avqust 2017)
Əzablar, əziyyətlər, çətinliklər, bərabərsizliklər imtahanın əsas şərtidir. Bunlar olmasa imtahan olmaz, həyat dümdüz olar, o zaman məna və sevgi yaranmaz.
(A9 TV; 24 avqust 2017)
Qısqanclıq qarşındakı insanı qorumaq məqsədlidirsə doğrudur. Qarşındakının vicdanına güvənməyib potensial günahkar rəftarı göstərmək əxlaqsızlıqdır.
(A9 TV; 24 avqust 2017)
Bura cənnət kursudur. Cənnət sevgisini, cənnət ehtirasını, cənnət nəzakətini, cənnətin hər cür gözəl əxlaqını dünyada öyrənirik.
(A9 TV; 23 avqust 2017)
İslam Birliyini yaradacaq olan sevgidir. Sevgi öyrənildikdə bütün İslam aləmi sürətlə birləşər. Sevgi olmadan birlik olmaz.
(A9 TV; 23 avqust 2017)
Ehsan etmək çox gözəl əxlaqdır. Əsas ehsan sahibi Allahdır. Hər ehsan edən Allahın ehsan etdiyini verər.
(A9 TV; 23 avqust 2017)
Allah Özünün sevilməsini istəyir və bu sevginin yaranması üçün də insanlara müxtəlif problemlər verir. Bu, ledüni elmdir.
(A9 TV; 23 avqust 2017)
Allahın verdiyi nemətlərlə həyatda olub yaşadığı halda Allahı sevməmək, Allahı xatırlamamaq, Allahdan uzaq dayanmaq çox böyük nankorluqdur.
(A9 TV; 23 avqust 2017)
Allah Özünü unudan, Özünü sevməyi ikinci plana atan bir dünyaya hüzur verməz.
(A9 TV; 23 avqust 2017)
Ərəb nifrəti doğru deyil, millətimizin ənənəsinə də, inancına da uyğun deyil. İman edən insan irqə görə qiymətləndirmə aparmaz.
(A9 TV; 23 avqust 2017)





