İnsanların əksəriyyəti axirəti düşünməz, dünya malının və çoxalmağın dərdindədir.
(A9 TV; 12 oktyabr 2017)
Möminin dünyadakı mövcudluq məqsədi tamamilə Allah üçündür. İnsanlar Allah üçün yaşadığı zaman dünya cənnətə dönər.
(A9 TV; 12 oktyabr 2017)
İslam aləminin əsas prioriteti İslam Birliyini təmin etmək olmalıdır. O zaman bütün xalqlar xilas olmuş olar.
(A9 TV; 12 oktyabr 2017)
Biz müsəlmanlığın gülər üzünü, gözəlliyini incəsənət cəhətini, sevincini ortaya qoyanda dəccaliyyətin müsəlmanlar əleyhinə olan silahını əlindən aldıq.
(A9 TV; 12 oktyabr 2017)
Müsəlmanın milli mədəniyyəti Qurandır. Qurana tam tabe olunduğu zaman dünyada müsəlman əleyhinə olan hərəkat qalmaz.
(A9 TV; 12 oktyabr 2017)
İnsanın sevilməyə layiq olduğu, üslubundakı dürüstlükdən, mədəni cəsarətindən, ikiüzlü olmamasından, təmizliyindən anlaşılar.
(A9 TV; 12 oktyabr 2017)
Tale məni hara aparsa ora gedərəm, məntiqlə deyil, vicdanımla yaşayaram. Həyatım boyu bu səbəbdən ötrü həmişə xoşbəxtlik, bərəkət tapdım.
(A9 TV; 12 oktyabr 2017)
Gənclərə din deyə təqdim olunan sistem qarışıqlıqdan, sevgisizlikdən və əzabdan ibarətdir. Qurandakı din parlaq, xoşbəxtlik və həyat verən dindir.
(A9 TV; 12 oktyabr 2017)
Bosniya müsəlmanlarının çox ideal, müasir İslam anlayışları var. Ziyalı, təmiz, keyfiyyətli və nəzakətli olmaları çox gözəldir.
(A9 TV; 12 oktyabr 2017)
İnsanların imanı vardırmı? deyə baxmadan, Quranda qeyd olunmayan çətinliklərlə insanları ibadətə dəvət edirlər. Əvvəlcə Allahın mövcudluğunun dəlillərindən bəhs etmək, Allahı sevdirmək, imana vəsilə olmaq lazımdır.
(A9 TV; 12 oktyabr 2017)





