Hər ağrını Allah xüsusi olaraq yaradar. Təsvir niyə ağrısın? Diz ağrımaz, Allah ağrını möcüzə olaraq yaradar. Ağrıları, acıları, çətinlikləri heç sayaraq bütün diqqətini Allaha verəcəksən. Dişinə, başına, dizinə, çəkinə, sənədinə diqqətini verərsən çox bulanıq həyat yaşayarsan. Diqqətin tam olaraq Allahda olarsa, hər şeyin gözəl olar.
(A9 TV; 9 may 2018)
Allah ilə əlaqə aramsız diqqətlə davam edərsə, Allah o insanı gözəl yaşadar və xoşbəxt edər.
(A9 TV; 9 may 2018)
Münafiq şeytan olduğu üçün, şeytan da Allaha din ilə mübarizə etməyə söz verdiyi üçün şərəfsizliyinə heç vaxt son verməz. Münafiqlə elmi mübarizə ibadətdir və hər zaman davam edər.
(A9 TV; 9 may 2018)
Küfrü yaradan Allah əksini də yaradır. İnsanlar küfrlə dünyanın necə qorxunc olduğunu gördülər. İndi sıra Mehdiyyətdə. Normalda insanların qorxu hiss etmədən hüzur içində yaşamaları lazımdır. İnsanların üzərindəki bu qorxunu qaldıracaq sistemə Mehdiyyət deyirik. Allahın izni ilə 3-5 il içində Mehdiyyəti görəcəyik.
(A9 TV; 9 may 2018)
Dünya bir cür qorxu tuneli kimidir, içində gəzərkən insanlar bir çox zahirən qorxuducu, narahat edici şeylərlə qarşılaşar. Amma sonunda onların hamısı keçər, gedər. Dünya həyatı da elədir. Allaha güvənəcəksən. Bu dünyadan xeyirlə çıxacağını biləcəksən.
(A9 TV; 9 may 2018)
Tayyib hocamın bu ölkəyə etdiyi və qabaqcıl olduğu xidmətlərin böyük hissəsini gənclər bilmir. Əvvəlki dövrləri də bilmədikləri üçün qiymətini tam başa düşmürlər. Ona görə bütün qardaşlarımız bu gözəl xidmətləri, vətən üçün edilənləri həmişə izah eləsinlər. Həmişə gündəmdə saxlasınlar.
(A9 TV; 9 may 2018)
Qadınların xoşbəxt olmadığı bir dünyanı Allah rahat buraxmaz. Allah qadınları dünyanın ən gözəl varlığı olaraq yaratmış. Ən gözəl yaratdığı varlığı əzməyə çalışsan Allah səni əzər.
(A9 TV; 8 may 2018)
Təzyiq göstərmək, insanı şirkə və Allah qorusun, münafiqliyə itələyər. Din azadlıq içində yaşanar. Məcbur etməklə din yaşanmaz. Zorla insanın başını örtməsi, musiqi dinləməsini qadağan etmək və s. İrana yaraşmır. İranın dindar olması gözəldir amma dindar olmaq insanlara təzyiq göstərmək olmamalıdır. İstəyən istədiyi kimi yaşasın.
(A9 TV; 8 may 2018)
Allah sonsuz Ağıldır. Allah yalnız sevgi istəyər. Bu qədər detal yaradılmasının, bu qədər əmək sərf edilməsinin tək məqsədi sevgidir. Allahı haşa hər an hirslənəcək kimi görürlər. Allah qullarına yaxşılıq istəyər, sevgi istəyər. Allah sonsuz ədalətli və sonsuz ağıllıdır. Atomlara qədər qüsursuzluq yaradan Allah qullarına heç vaxt əziyyət istəməz.
(A9 TV; 8 may 2018)
Bu millət Tayyib hocamı sevir. Çox dürüst insandır. Allah rizası üçün, vətən üçün, millət üçün hərəkət edir. Gözəl xidmətinə həmişə davam edəcək inşaAllah.
(A9 TV; 8 may 2018)





