“Mehdiyyəti izah etmək üçün bu qədər tələsməyə nə ehtiyac var, onsuz da imanlı olmaq yetərli deyilmi?” deyirlər. ALLAHIN “AYRILIB DAĞILMAYIN” ƏMRİ İSLAM BİRLİYİDİR. Onun başındakı adama Hz. Mehdi (ə.s) deyirik. Müsəlmanlar başsız olmaz. Bir yerdə namaz qılınır, amma digər yerdə qadınlara təcavüz edilir, Müsəlmanların cəsədlərinin qulaqları kəsilir. “Mən onsuz da namazımı qılıram, o zaman Mehdiyyətə nə ehtiyac var” demək olmaz.

2.5 MİLYON İNSAN ACLIQ SƏRHƏDİNDƏ  ― ƏFQANISTANDADIR. DƏCCALİYYƏT BUDUR. Dəccaliyyət sıxıb qovurursa, o zaman bunun qarşısında Mehdiyyət olmalıdır.  Dəccaliyyət gecə gündüz özündən bəhs etdirirsə, onda niyə Mehdiyyətdən bəhs edilməsini istəmirsən?

Bir insan Hz. İsa (ə.s)-ı gözləmirsə , Hz. İsa (ə.s)-ın gəlişi ilə əlaqədar üç ayəni qəbul etmirsə dindən çıxar. Bütün dünyanın İslamı qəbul etməsini istəmirsə o zaman da dindən çıxar. Adam “səhərə qədər evdə zikr edirəm” deyir, amma Əfqanıstanda səhərə qədər insanlar şəhid edilir. BİR TRİLYON ZİKR BİR FƏRZİN YERİNİ TUTMAZ. MÜSƏLMANLARIN BİRLİYİ FƏRZDİR. Dəccal bağırda-bağırda özünü qəbul etdirir. Mehdiyyət da buna qarşılıq bütün ehtişamı ilə özünü göstərəcək.

“İnanan , ibadət edən və cihad edən onsuz da cənnətə girəcək” deyir. Halbuki, CİHADIN MƏNASI GECƏ GÜNDÜZ  İSLAM  BİRLİYİ ÜÇÜN ÇALIŞMAQDIR. ƏGƏR BUNU ETMİRSƏNSƏ O ZAMAN NECƏ CƏNNƏTİ İSTƏYƏCƏKSƏN? O zaman harama girərsən. Halal – harama diqqət yetirməzsən. Axır zamandakı cihadın qarşılığı Mehdiyyət və Məsihiyyətdir. Başsız bir sistem yoxdur.

ƏN BÖYÜK CİHAD İSLAM BİRLİYİDİR. BUNU ETMƏYİB “SƏHƏRƏ QƏDƏR TƏSBEH ÇƏKİRƏM” DEYİR. BU MƏNTİQDƏ TƏSBEH ÇƏKƏ-ÇƏKƏ CƏHƏNNƏMƏ GİRƏRSƏN. Cənabı Allah “Şeytan sizi Allah ilə aldatmasın” deyir . Dünyada bir çox yerdə Müsəlmanlara təcavüz edilir, Minlərlə Müsəlman şəhid edilir. İslam Birliyinə qarşı mütəşəkkil bir iş görülür. Bunu necə gözardı etmək olar?

Axirətdə “Dəccala qarşı Müsəlmanlarla birlikdə hərəkət etdin mi?” deyildiyində “tək başıma hərəkət etdim” mi deyəcəksən? O zaman cəhənnəmə gedə bilərsən. Dəccal belə mütəşəkkil hərəkət edir. ALLAH SAF BAĞLAYARAQ VURUŞANLARDAN BƏHS EDİR. Ayrı-ayrılıqda hərəkətin məğlub olacağı müəyyən deyilmi?

Peyğəmbərimiz (s.ə.v) axır zamandakı hadisələri bildirir və “Hz. Mehdi (ə.s) ilə müjdələnin” deyir. Sürünərək də olsa Hz. Mehdi (ə.s.)-ın yanına gedin deyir. “Peyğəmbər (s.ə.v)-ə inandım” deyirsən, amma axirətdə ” Peyğəmbər (s.ə.v)-in heç bir sözünü dinləmədim ” deyəcəksən. Belə bir din olmaz. Dinimizdə, Müsəlmanlarla birlikdə hərəkət edib İslam Birliyini təmin etmək var. İSLAM BİRLİYİ  ƏN BÖYÜK FƏRZDİR. 

Allah Məzhəbləri qəbul etmir . İndi məcburiyyətdən var. Biz Mehdiyyət üçün cəhd göstərərək onları ortadan qaldırmaq məcburiyyətindəyik. BİR İNSAN ƏSRİ- SƏADƏT DÖVRÜ MÜSƏLMANLIĞINI MÜDAFİƏ ETMİRSƏ AXİRƏTDƏ BUNDAN DA HESAB VERMƏK MƏCBURİYYƏTİNDƏ QALAR.

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)