Hz. Mehdi (ə.s), Peyğəmbər (s.ə.v)-in əmrindədir, yəni onun əsgəridir. Peyğəmbərimiz (s.ə.v) nə deyir? Qan axıtmayacaqsan. Bu əmri hardan alır? Vəhy ilə söyləyir. Cəbrayıl (ə.s)-dan aldığı əmrlə söyləyir. Hz. Mehdi (ə.s) Cəbrayıl (ə.s)-ın gətirdiyi Allahın hökmünə qarşı çıxacaq? Xeyr, mən qan axıdacağam deyəcək? Əlbəttə belə bir şey mümkün deyil. Hz. Mehdi (ə.s) qan axıtmayacaq.

(20 iyul 2011; A9 TV və Kaçkar TV)

Daima birlik istəyən bir millət parçalanmaz. Birlik axtarmayan  millət parçalanar. Çünki birləşmə və inkişaf  yoxsa, dayanma vardır. Durğunluq varsa da kiçilmə olar.

(16 iyul 2011; A9 TV, Kocaeli TV, Aba TV)

Quranda hansı qövmdən söhbət getsə , həmişə bir qövmün mütləq lideri var və bütün ayələrdə Allah yalnız Müsəlman birliyini qəbul edir. Yəni Allah məzhəblərə ayrılmış, camaatlara ayrılmış heç bir Müsəlman birliyindən bəhs etmir.

(15 iyul 2011; A9 TV və Kaçkar TV)

Hər əsrdə Mehdi (ə.s) gözlənilmişdir. Yəni Müsəlmanlar eşqlə, şövqlə onu gözləmişlər. Bu əsrdə bir çılğın ruh, bir çaxnaşma var; “bizim əsrimizdə olmasın, bizim zamanımızda olmasın” fikri var. Bu, Hz. Mehdi (ə.s)-ın çıxmış olduğunun ən böyük dəlillərindəndir.

(15 iyul 2011; A9 TV və Kaçkar TV)

MÜNAFİQ ÖZLÜYÜNDƏ BİR DÖVLƏTDİR. Küfrü öz üzərinə götürür. Özünü dövlət kimi görər. Hər cür namərdliyə, hər cür pisliklərə qapıları açıqdır. Gizli, açıq təhdidlərlə Müsəlmanların əhvalını pozmaq üçün cəhd göstərər. Amma,əlbəttə, bacara bilməz.

(15 iyul 2011; A9 TV və Kaçkar TV)

YERİN ALTINDAN QAYNAR MAQMA  PIQQILTIYLA QAYNAYIR. BİZ  DƏ ÜZƏRİNDƏ SÖHBƏT EDİRİK. Kimi gəmi ilə gəzir, kimi toy edir, kimi diskoda rəqs edir, kimi mışıl-mışıl yatır, insanlar rahatlayır. Halbuki, Allah insanlara davamlı bir təhlükə içində olduqlarını xatırladır.

(15 iyul 2011; A9 TV və Kaçkar TV)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)