Əhəmiyyətli olan içdən qəbul etdirməkdir. Quranı izah etdiyinizdə dillə inkar etsələr də mütləq ürəkdən razılaşmaları olmuşlar.
Haqqı söyləməkdən çəkinmirəm. Din mövzusunda güzəştə getmərəm. Şən olmamızla güzəştə getdiyimizi düşünürlər. Elə bir şey əsla olmaz.
Quran qadını üstün tutmuşdur. Qadın həmişə ön plana alınmışdır. Qardaşlarımız xurafatçıların Quranı səhv şərh etməsinə aldanmasınlar.
Bizim həm dindar olub, həm də nemətləri ən gözəl şəkildə yaşadığımızı görüncə dinsiz və xurafatçılar qorxunc bir həyat yaşadıqlarını başa düşdülər.
İslamda həyatı bütünlüklə əhatə edir. Yemək proqramında bir cür, dini proqramda başqa cür davranmaq olmaz. Din hər yerdə yaşanmalıdır. Yeməkxanada başqa, məsciddə başqa olsan, yeməkxanadakı vəziyyətini Allahın hüzurunda açıqlaya bilməzsən.
Vəhy hər insana, Müsəlmana gəlir, lakin fərqində olmazlar. Məsələn, Allah ona cavab verdirir, bir şey söylətdirir, vəhy edir. Biz ona ilham deyirik, inşAllah.
Hal-hazırdakı sükunət böyük hadisələrin işarəsidir. Görəcəksiniz 2012-ci ilin sonu çox hərəkətli olacaq.
Hər insana vəhy gələr, Allahdan ilham gələr, lakin fərqində olmaz. Qarışqa da Allahın vəhyi ilə hərəkət edər, arı da Allahın vəhyi ilə hərəkət edər, insan da Allahın vəhyi ilə hərəkət edər.
Xurafatçılıq təqva adı altında əxlaqsızlıq yarışıdır.
İzah etdiyimiz İslam modeli bəzi insanların ciyərinə oturdu. Bu insanlar istəməsə də İslam hər yerə girəcək.





