Biz Sionist, mason, kommunist, ateist də olsa hər bir kəsin Mehdiyyət içərisində əriməsini, İslam Birliyini dəstəkləmələrini, Türk-İslam Birliyini qurmaqda kömək etmələrini və bu gözəl birlik içərisində, üstün cəmiyyət içərisində rifah, dinclik, gözəllik içərisində yaşamalarını istəyirik.
(A9 TV; 25 aprel 2012)
Hikmətli, qısa və dəqiq danış. Uzun danışmaq, boşboğazlıq etmək çox böyük xəstəlikdir. Bütün dünyada geniş yayılıb.
(A9 TV; 25 aprel 2012)
Cənabı Allah əylənməyin demir. Peyğəmbərimiz (s.ə.v)-in hədisləri vardır: “zarafat edin” deyir. Zarafatla əlaqədar, zarafatı təşviq edən hədislər vardır. Zarafat elə, amma axirəti, mələkləri mövzuya niyə qarışdırırsan? Zarafatın içinə niyə salırsan? Bu çox pisdir.
(A9 TV; 24 aprel 2012)
Allah bizi sıxışdırmaq istəməz, bizim yaxşılığımızı istəyir. Bizim normal, məqbul, vicdanlı, dürüst, yaxşı insan olmağımızı istəyir. Özü ilə, mələyi ilə lağ etsən, o zaman Allah nicatını kəsər.
(A9 TV; 24 aprel 2012)
Normal Müsəlman kimi yaşayaraq hüzur içində öl. Ölərkən də canını asanlıqla tapşırarsan , mələklər də sənə sevgi göstərər, qarşılanmağın da, cənnətə gedişin də, cənnətdə gördüyün etibar da gözəl olar. Əks halda, sonsuza qədər alçaldılarsan, əzab çəkərsən.
(A9 TV; 24 aprel 2012)
Sən axirətə lağ etməklə axirətdən xilas olacağını və yaxud axirət qorxusundan azad olacağını zənn edirsənsə yanılırsan. Daha da günahkar olarsan, işgəncən artar, əzab çəkərsən.
(A9 TV; 24 aprel 2012)
Axirətdə sorğu zamanı tək olursan. Orada meydan oxuya bilməyəcəksən, mənəm-mənəmlik edə bilməyəcəksən.
(A9 TV; 24 aprel 2012)
Mələklər canını alarkən qanın iliyi çəkilər, bacarmazsan (axirətlə zarafat edə bilməzsən). Cəhənnəmdə diz çökdürüldüyündə onları edə bilməzsən. Orada səni alqışlayanlar, dinləyənlər də olmaz.
(A9 TV; 24 aprel 2012)
Axirətlə lağ edərək bununla axirətdən xilas olacaqsan? Cəhənnəm əzabından xilas olacaqsan? Öldüyün zaman dünyadakı kimi ola bilməyəcəksən; vurnuxursan, göz yaşı içərisində dəhşət, sıxıntı yaşayırsan. Dünyada olarkən karikatura seyr edirmiş kimi aldığın kefi, sevinci yaşaya bilməzsən.
(A9 TV; 24 aprel 2012)
Mələklərlə əlaqədar, axirətlə əlaqədar karikaturalar çəkirlər. Başının üstündə quşlar, buludlarda adamlar uçur. Cəhənnəm zəbaniləri insanları qovur. Bütün karikatura jurnallarında vardır. BUNLAR ALLAH QORXUSUNU, ALLAH SEVGİSİNİ AZALTMAQ ÜÇÜN TƏBLİĞATDA İSTİFADƏ EDİLƏN GİZLİ ÜSULLARDIR.
(A9 TV; 24 aprel 2012)





