Sevgi ilə dərmanın nə əlaqəsi var? Sevgi dərmanı satılmır, heç yerdə elə şey yoxdur. SÖHBƏTİN, COŞĞUNUN, HƏYƏCANIN DƏRMANI OLMAZ, BÜTÜN BUNLAR TƏKCƏ İMANLA YAŞANAR.
(A9 TV 3 may 2012)
Bizi qısqananlar çoxdur. Bu da mənim xoşuma gəlir. Çünki QISQANILMAQ BƏYƏNİLMƏK, ÜSTÜNLÜK ƏLAMƏTİDİR.
(A9 TV 3 may 2012)
Həkimləri döymək, bıçaqlamaq, qadınları bıçaqlamaq, xanımları vurmaq… Bunlar Mehdiyyətin yoxluğundan doğan faciələrdir.
(A9 TV 3 may 2012)
Atatürkçülük bir din deyil. Ağılla, vicdanla hadisəyə baxışın adına Atatürkçülük deyilir. Buna görə bu mövzuda da ifrata varan, Atatürkçülüyü din kimi tanıdan bir üslub səhvdir.
(A9 TV, 2 may 2012)
Atatürk də xurafatçılığa qarşı idi, biz də qarşıyıq. Atatürk elmi və sənəti sevirdi. Biz də elmi və sənəti sevirik. O da Türk İslam Birliyini istəyirdi, biz də istəyirik. Ağılın yolu birdir. Ağılın yoluna Atatürkçülük deyilir.
(A9 TV, 2 may 2012)
İslamın izah edilməsində, yaşanmasında dünyəvilik son dərəcə vacib mövzudur.
(A9 TV, 2 may 2012)
Dünyəvilik prinsipi mühümdür. Quranın bir hökmüdür. Həqiqi İslamı yaşamaq, münafiqlərə imkan yaratmamaq, onların imkanlarının qarşısını almaq üçün bir nemətdir.
(A9 TV, 2 may 2012)
Hər biri ayrı padşahlıq sistemi qurmaq istəyir. Buna görə də Mehdi (ə.s)-ı qəbul etmək istəmirlər. Çünki Mehdi (ə.s) eqoizmlərini yerlə-yeksan edən bir şəxsdir . Məhz buna görə də şeytani müqavimət göstərirlər.
(A9 TV, 2 may 2012)
Bir sıra məqamlara görə xurafatçılar dünyanı dinsizlərin əlinə verdi. Təfsilatlara girməsəydilər dünya Müsəlman olacaqdı.
(A9 TV, 2 may 2012)
Hz. Mehdi (ə.s)-ın dövründə qadınların, bəylərin çox rahat olacağı, gəncliyin sevinc, həyəcan, xoşbəxtlik içində yaşayacağı, bayram gözəlliklərinin hər yeri əhatələyəcəyi atmosfer olacaq, inşAllah.
(A9 TV, 2 may 2012)





