Sevgisizlik dünyada o qədər yayılıb, Darvinist, materialistlər o qədər insanların ruhunu qaraltmışlar ki, Darvinizmə xas ağlasığmaz əsəb və nifrət insanların ruhunda vardır. Bunun əvəzində isə axırzamanda Mehdiyyətin isti, mehriban, bağışlayıcı ruhu, yəni Quranın ruhu bütün dünyanı bürüyəcək, inşAllah.
(A9 TV; 14 may 2012)
İnsanlar əbəs yerə acı çəkir. Halbuki, insanları sevmək, Allahı anlamaq çox asandır. Əsəbi yaşamaq çox çətin, dinc yaşamaq isə çox gözəldir.
(A9 TV; 14 may 2012)
İslamda birlik, Müsəlmanların birlikdə olması fərzdir. Unitar sözü də eyni mənanı daşıyır. Birliyi, birlikdə olmağı ifadə edən bir sözdür. Məhz buna görə də Allahın, Quranın bir hökmüdür .
(A9 TV; 14 may 2012)
Hz. Musa (ə.s)-ın müqəddəs sandığı tapılacaq, müqəddəs əmanətlər ortaya çıxacaq. Quranda bəhs edilən o həb, o dövrə aid manna aşkar olacaq, Hz. Adəm (ə.s)-ın köynəyi, Hz. Musa (ə.s)-ın əsası, bir çox müqəddəs əmanətlər orda olacaq. Bu da kütlə halında Yəhudi qardaşlarımızın iman etməsinə vəsilə olacaqdır. Qarşıdakı illər bu möcüzələrin həyata keçəcəyi illərdir.
(A9 TV; 14 may 2012)
Müsəlmanlar təxribata uydular, parçalandılar. Fitnə bütün İslam aləmini bürüdü. Məhz bu fitnəni ortadan qaldıran Hz. Mehdi (ə.s) və tələbələridir.
(A9 TV, 10 may 2012)
Hüsnü zənn etmək məqbuldur. Yəni insanların sevdiyini Mehdi kimi görməsi, “inşAllah Mehdi olar” deyərək ümid etməsi çox vacibdir. Bir insan “mən də, görəsən, Mehdi ola bilərəmmi?” deyə ağlından keçirə bilər. Lakin iddia etmək haram, insanın dindən çıxmasıdır.
(A9 TV, 10 may 2012)
Müsəlman təqva sahiblərinə öndər seçilməsi üçün Allaha dua edir, ayə vardır. Yəni HZ. MEHDİ (Ə.S) KİMİ OLMAQ ÜÇÜN HƏR QADIN, HƏR KİŞİ DUA EDƏ BİLƏR.
(A9 TV, 10 may 2012)
Bəzi alimlərin həddindən çox elmi, savadı var, lakin imansızdırlar. Allah ayədə imanı olmayanlara “Kitab yüklü eşşəyə çevrildilər” deyir. Allah bu insanları kitab yüklü eşşəyə bənzədir. Halbuki, bu qədər elmdən istifadə edərək Mehdiyyəti üzə çıxara bilərlər. İman olmasa mənən iflic olurlar.
(A9 TV, 10 may 2012)
Müasirliyi, müasir İslam anlayışını Türkiyəyə, İslam aləminə ilk dəfə gətirən, Mehdiyyətin qapısını açan Bədiüzzaman Səid Nursidir.
(A9 TV, 10 may 2012)
Bir insan səmimi olaraq İslama, Qurana üz tutsa, Müsəlmanları dəstəkləsə, artıq keçmişi ilə mühakimə olunmaz. Keçmişi barədə nə qərar verilsə onu Allah bilər. Artıq tövbə etdisə, bu qədər.
(A9 TV, 10 may 2012)





