İnsana sıxıntı verən şeytandır. Bu öz-özündən meydana gəlməz. Şeytan mənfi enerjidən istifadə edərək, yaxud buna bənzər insanların bilmədiyi bir əsatir varlığını, maddəni istifadə edərək bunu əldə edir. Quran buna işarə edir, inşAllah.

(A9 TV; 18 may 2012)

Susuzluq da insana pis təsir edər. Şeytan insanın bədəninə mənfi enerji gücü ilə yüklənər. Su daxildəki enerjini alar. Yuyunarkən su bədənin xaricindəki elektriki məhv edər. Hərəkət etdiyi zaman, ayağını yerə vurarkən də bədənindəki enerji sürətlə boşalar və insan rahatlanar.

(A9 TV; 18 may 2012)

Xurafatçılar deyir ki, “Küfrün əmələ gətirdiyi bir əşya, yaxud pozğun insanın hazırladığı əşya, paltar və yaxud avtomobil, hər hansı bir vəsait, ev istifadə edilə bilməz”. Allah isə deyir ki, Hz.Süleyman üçün “Şeytan ona hər cür əşyanı hazırlayırdı”. Hz. Süleyman da onları istifadə edir. ƏŞYADA BİR GÜNAH YOXDUR. GÜNAH ŞEYTANDADIR . ƏŞYA QƏNİMƏTDİR, TƏMİZDİR.

(A9 TV; 18 may 2012)

Şeytan Allaha düşməndir, pozğundur, əxlaqsızdır, küfr içindədir, hər cür pozğunluq şeytanda vardır. İnsanları da hər cür pozğunluğa çəkmək istəyər. Amma Hz. Süleyman (ə.s)-a əşya hazırlayır. Hz. Süleyman da onun hazırladığı əşyadan  istifadə edir. Bu artıq qənimətdir.

(A9 TV; 18 may 2012)

BİZ MAL SEVGİSİNİ RƏBBİMİZİ ZİKR ETMƏK ÜÇÜN SEÇİRİK. İslama, Qurana xidmət etməkdə təsiri böyük olduğuna, insanlara müsbət təsir etdiyinə görə, insanların Allahın nemətlərini öz üzərlərində görməkdən məmnun olduqları üçün, Müsəlmanların gücünü gördükləri zaman Müsəlmanlara qarşı sevgiləri artdığı üçün seçirik.

(A9 TV; 18 may 2012)

“Xarici marka geyinmək olmaz.” Sözə, bax, düşüncəyə bax! Mindiyin avtomobili  xaricilər istehsal edir. Avtomobilin boyasını xaricilər edir. Kimi ağıldan kəm, kimi dəli, kimi dinsiz, imansız, Satanist ola bilər. Amma bunları onlar hazırlayırlar. ƏŞYA QƏNİMƏT, ALLAHDAN NEMƏTDİR. ƏŞYANIN GÜNAHI OLMAZ.

(A9 TV; 17 may 2012)

İnsanların çoxu şübhəli, kimi həddindən artıq utancaq, kimi içinə qapalı olur, kimisindən də baş çıxarmaq olmur. İNSAN TƏBİİ HALINDA ÇOX GÖZƏLDİR. İçi ilə çölü bir, səmimi, nə düşündüyünü aydın şəkildə ifadə edən olur. Amma təmkinsiz də olmağını, təbii ki, istəmirəm. İnsani, məqbul bir təmkin lazımdır. VƏHŞİ OLMAQ BİR QADINA YARAŞMAZ, BU QEYRİ-NORMAL BİR HƏRƏKƏTDİR.

(A9 TV; 17 may 2012)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)