ALLAH SURİYADAKI REJİMİ DEVİRƏCƏK. Ordakı dəccaliyyətə son qoyulması barədə hədislər də var. Qədərdən kənara çıxmaq olmaz. Mütləq devriləcək və insanlar Mehdini , İsa Məsihi görəcəklər. Dəccaliyyət istədiyi qədər müqavimət göstərsin, MEHDİ MÜTLƏQ ORTAYA ÇIXACAQ.

 (A9 TV; 7 iyul 2012)

İnsan fitrəti elədir ki, həmişə Allaha inanır . YƏNİ QURAN OLMASA DA, YENƏ DƏ ALLAHA İNANIR. Fitri olaraq yenə Allaha dua edər. Yenə Ona özü bildiyi kimi ibadət etmək istəyər. Daha çox dua ilə Ona sevgisini ifadə edər. İnsan bir çox halalı, haramı da instinktlə bilir. Quranda keçən bir çox haramı bilir. Allah onun ürəyinə ilham edir.

 (A9 TV; 7 iyul 2012)

İMANSIZ YAŞAMAQ MÜMKÜN OLMADIĞI ÜÇÜN ALLAH QURANI, TÖVRATI, İNCİLİ VƏ DİGƏR MÜBARƏK KİTABLARI ENDİRİB. Əgər din həyatı bizə bildirməsəydi insanlar dəli olardı. Dinsizlik mühitində sevginin, həyatın heç bir mənası qalmaz.

 (A9 TV; 7 iyul 2012)

HƏR ŞEY ALLAHLA, ALLAHI SEVƏRƏK GÖZƏLDİR. Allahı sevmirsənsə, Ona inanmırsansa  onsuz da yox olacaqsan, çünki məqsədsiz yaradıldığını düşünürsən. İnsanları təsadüfən meydana gəlmiş məxluqlar kimi qəbul edir, haşa. Sonsuz yaşamayacağını düşünür, kainatın kabus olduğuna inanır. İnsan belə bir həyatda dəli olar.

 (A9 TV; 7 iyul 2012)

Əgər sevgi olmasa, cənnət bağçaları ağaclarla dolu olsa, cənnətin çayları heç kimi maraqlandırmaz. Vildanların, cənnət uşaqlarının şirinliyi də onları maraqlandırmaz. Cənnət qılmanları, huriləri, cənnətdə evlər, cənnət yastıqları vardır. Cənnət yastıqlarında əl işləmələri, cənnət badələri, sürahilər vardır. Bütün bunlar sevgidən qaynaqlanır.

 (A9 TV; 7 iyul 2012)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)