Xurafatçılar Müsəlmana hücum etdikcə Müsəlmanın həyəcanı daha da artır. Darvinist-materialistlər hücum etdikcə şövqləri çoxalır. Çünki xurafat, küfr hücumu Quranda vəd edilən həqiqət və möcüzədir. O möcüzəni gördüyü üçün Müsəlmanın imanı artır.
(A9 TV; 12 iyul 2012)
Quranda görmə pozuqluğuna da çox diqqət çəkilir. Allah həmişə münafiqlərin gözlərində pozulmadan bir əlamət yarandığını söyləyir. Elə bir görmə ki, gözləri çevrilir, huşu itmiş kimi olur. Yəni gözlərinin işığı getmiş ölü kimi baxır. Heyvan kimi, ölü heyvan kimi, mənasız, boş-boş, məhv olmuş, soyuq baxışları vardır. İnsana bənzəmir. Bir insan huşunu itirərkən baxışı şüursuz, mənasız, diqqətsiz olar.
(A9 TV; 12 iyul 2012)
Münafiqlər və qəlbində xəstəlik olanlar danışmaz, sevgi, nəzakət göstərməzlər. Çünki onu etsələr nəsə itirəcəklərini sanarlar. Nəzakəti belə qarşı tərəfə yaxşılıq olaraq gördüyü üçün etməzlər. Məsələn, gözəl bir baxışdan, gözəl bir sözdən çəkinər, gözəl rəftardan uzaq durar, eqoist olarlar. Təkcə özlərinə edilməsini istəyərlər. Yəni Müsəlmandan almaq istər amma vermək istəməzlər.
(A9 TV; 12 iyul 2012)
Münafiqlər və ürəklərində xəstəlik olanlar eqoist olarlar. Xəsis, hər zaman öz mənafeyinə uyğun davranar. Yəni pulu ilə xidmət etmək istəməz. Sevgisində, dostluğunda , təriflərində də xəsisdir. Heçnə vermək istəməz. Müsəlmanı xoşbəxt, məmnun edən nəyisə etmək istəməz. Eqoist olarlar.
(A9 TV; 12 iyul 2012)
Münafiqlər və ürəklərində xəstəlik olanlar çətin mübarizəyə girişməzlər. Lakin asan, tez həll olunan bir şey olsa, onu qəbul edərlər. Bundan da bir xeyirləri olacaqsa qəbul edərlər. Allah buyurur ki, mənfəət əldə etməyəcək, uzun davam edəcək bir mübarizədirsə, kefini qaçırırsa ona yaxın durmazlar.
(A9 TV; 12 iyul 2012)
İslama xidmətdən söz gedərkən min bəhanə gətirərlər. Məsələn, “anam icazə vermir, atam icazə vermir, məktəbim uyğun deyil, ətrafım imkan verməz”. Məsələ küfr, əxlaqsızlıq, dəlaləti olsa nə ananı, nə atanı, nə də başqa birini düşünərlər. Bu yolda ağlasığmaz cəsarət göstərərlər. Dəlicəsinə cəhd edər, tərəddüd etməz, bütün bacarıqlarını sərf edərlər.
(A9 TV; 12 iyul 2012)
İnsanların bir çoxu belədir, küfr desən onda dərin bir istək, küfrə qarşı dərin arzu yaranar. Müsəlmanca xidmət, rəftar görəndə isə dayanar, durğunlaşar, danışma qabiliyyətini, əzmini itirər amma küfrlə əlaqədar bir imkan tapsa və Müsəlmanlar da ətrafda yoxdursa, Müsəlmanların gücünün olmadığına əmin olsa, heyrətamiz şəkildə küfr xarakteri, qabiliyyəti göstərər.
(A9 TV; 12 iyul 2012)
Cənabı Allah gözlərdəki (baxışlardakı) pozulmaya Quranda çox diqqət çəkir. İnsanlar yolunu azarkən gözləri qeyri-normal hal alar. Allah gözü həlledici dəlil olaraq Quranda ifadə edir.
(A9 TV; 12 iyul 2012)
“İnşaAllah” və “maşaAllah” Hz.İsa Məsihin və Hz.Mehdi (ə.s) tələbələrinin dillərin əzbəri olan sözdür. Hz. Xızır da “inşaAllah” və “maşaAllah”dan çox istifadə edir. Bunların hər üçü dünya hakimidirlər.
(A9 TV; 12 iyul 2012)
“Əlhəmdülillah”, “maşaAllah”, “inşaAllah” ― bu sözlərin içində bir sirr gizlənir. Bu sirr dünyaya , maddəyə təsir edən bir sirdir. Bu sözlər təkrarlandıqca dünyanın bütün sistemi İslam hakimiyyətinə yaxınlaşır. Allah elə yaradıb. Yəni dünya və maddə bu iki sözə qarşı həssasdır. Çox deyilərsə, hadisələr həmişə o istiqamətdə inkişaf edər.
(A9 TV; 12 iyul 2012)





