Türk-İslam Birliyi. Türkiyə lider olacaq. Liderin adından deyirik. Ucsuz-bucaqsız ərazidə tək lider olacaq. Başqa heç kim etmədiyinə görə təbii ki, Türk-İslam Birliyi deyəcəyik.
(A9 TV; 15 iyul 2012)
Türk İslam Birliyində mədəniyyət yox olmaz. Əksinə mədəniyyət daha inkişaf edər, mükəmməlləşər.
(A9 TV; 15 iyul 2012)
Mehdiyyət mükəmməllik deməkdir, QÜSURSUZLUĞA YAXIN MÜKƏMMƏLLİK DEMƏKDİR. Bu, hər şeydə möhtəşəmlik, yaxşılıq, gözəllik, təmizlik, keyfiyyət, azadlıq, sevinc deməkdir.
(A9 TV; 15 iyul 2012)
Mehdiyyət dövründə gənc qızlar həyatlarının ən gözəl dövrünü yaşayacaqlar. İndi dəyərləri o qədər bilinmir. Dünyanın bir çox yerində belədir. Nə sevgidən zövq ala bilirlər, nə xoşbəxtliyi yaşaya bilirlər, nə də azadlığı… O dövrdə istədikləri kimi geyinəcək və əylənəcəklər. Hər yerdə can təhlükəsizliyi olacaq.
(A9 TV; 15 iyul 2012)
Türk- İslam Birliyi hər kəsə zorla namaz qıldırmaq, zorla insanların içki içməsini qarşısını almaq demək deyildir. Türk-İslam Birliyində əyləncənin ən yaxşısı olacaq. İçki içmək istəyən də içər. Heç kim qarışa bilməz.
(A9 TV; 15 iyul 2012)
Kommunist və yaxud ateist qorxunun səbəbi iman etmək qorxusudur. İman edəcəklərinə dair yetərli dəlillərlə qarşılaşanda, dəhşətli qorxuya düşərlər. Çünki o artıq özünə bir həyat qurub. Allahı inkar edib. Ona görə hər cür haram iş görür, hər cür etməməli olduğu şeyləri edir. Və qəlbi də rahatdır. Çünki Allahın olmadığına əmindir, haşa. Axirətin olmayacağına, hesab verməyəcəyinə əmindir.
(A9 TV; 14 iyul 2012)
Peyğəmbərimiz (s.ə.v) müşriklərə də şəfqət göstərirdi, kitab əhlinə də, hər kəsə İslamı izah edirdi. Nifrətlə nəyəsə nail olmaq olmaz . Sevgi ilə, şəfqətlə, mərhəmətlə, ağılla, elmlə, sənətlə, gözəlliklə nəticə əldə etmək olar.
(A9 TV; 14 iyul 2012)
Massona nifrət etsən, Qurana uyğun davranmamış olarsan. Əgər səhv yoldadırsa, şəfqətlə İslama dəvət etməlisən. Doğru hərəkət edirsə, onsuz da müttəfiqindir. Birlikdə hərəkət edərsən. Əksik məlumatı vardırsa, SƏN ƏMRİ BİLMARUF və NƏHYİ ANİLMÜNKƏRLƏ MÜKƏLLƏFSƏN. NİFRƏT ETMƏKLƏ DEYİL.
(A9 TV; 14 iyul 2012)
İsrail bir peyğəmbər adıdır. İsraili onsuz da sevirik. İsrail dövlətinin içində yaxşısı da, pisi də var. Yaxşılarını, mazlumlarını sevirik. Pislərini sevmirik amma yaxşı olmaları üçün də səy göstəririk.
(A9 TV; 14 iyul 2012)
Ateist, Allaha inanmayanlar Allah xatırladıldığı zaman dəhşət içində olarlar. Bundan əlavə onlar özlərini təkamülə, Darvinizmə uyğunlaşdırdıqları üçün, Darvinizmin saxta olduğunu anlamaq onlara çətin gəlir. Çünki Darvinizm saxtadırsa, deməli Allah vardır. Allahın mövcud olması, axirətin də olduğunu göstərir. ONLARDAKI AXİRƏT QORXUSU ÖLÜM QORXUSUNDAN DA BETƏRDİR.
(A9 TV; 14 iyul 2012)





