Mömin xanımlarda rəhmani bir cazibə və gözəllik, heybət olar. Dəlalətdə olan müşrik və xurafatçı qadınlarda ağlasığmaz bir iyrənclik, pislik, kin, nifrət, əsəb, sevgisizlik, estetikadan, gözəllikdən uzaq, hər cür rüsvayçılıq olar.

 (A9 TV; 10 İyul 2012)

Kommunist, Stalinist insanın silahı atması mümkün deyil. İki irəli, bir geri taktikası var. İstirahət etmək, qüvvət yığmaq, yeni hücumda isə əsaslı zərbə endirmək Stalinist, kommunistlərin tətbiq etdiyi bir üsuldur.

 (A9 TV; 10 İyul 2012)

Dəccal tərəfdarları Mehdiyyəti dəccal hesab edirlər. Allah elə göstərir. Mehdiyyətə dəccal diaqnozu qoyurlar. Mehdini də dəccal olaraq görürlər. Bu, Mehdinin zühurunu göstərir. Mehdini dəccal zənn etmək, dəccalı Mehdi zənn etmək axır zaman əlamətlərindəndir.

 (A9 TV; 10 İyul 2012)

Tək çıxış yolu Mehdiyyətə eşqlə, şövqlə bağlanıb İslam Birliyini yaratmaqdır. Belə olduqda dünyaya bərəkət, sevinc, həyəcan gələcəkdir. Dünyanın bütün forması dəyişəcək. Dünyanın üstünə örtülən ölüm, iztirab, durğunluq pərdəsi sürətlə qalxacaq. Mübarizə aparsan getdikcə batıb məhv olarsan. Əlindən gələn tək şey Mehdiyyətə, yəni Allaha təslim olmaqdır.

 (A9 TV; 10 İyul 2012)

MƏNƏVİYYATDAN, ALLAH SEVGİSİNDƏN UZAQ BİR SİSTEM İNSANLARIN BEYNİNİ İFLİC EDƏR. Buna görə bu, iqtisadiyyata də təsir edir. İnsanlarda şövq, həyəcan, əzm qalmamışdır. Sənət əsəri yarada bilmirlər. Elmdə də durğunluq yarandı. Allah onların yaradıcı gücünü də ortadan qaldırdı.

 (A9 TV; 10 İyul 2012)

DÜNYA MEHDİYYƏTƏ TƏSLİM OLMAZSA, DÜNYADA RUHSUZLUQ, NARAHATLIQ, YORĞUNLUQ, GÜCSÜZLÜK YAYILMAĞA DAVAM EDƏCƏK. Bu şövqsüzlüyün, durğunluğun, sənətdən, şövqdən uzaq olmağın nəticəsi də iqtisadi böhran şəklində özünü göstərir və göstərməyə davam edəcək.

(A9 TV; 10 İyul 2012)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)