İsraillə, İraqla aramızı yaxşılaşdıraq. Aradakı lazımsız problemləri həll edək. İsraillə ittifaq kommunizmə qarşı ittifaqdır, hal-hazırda bu kommunist hərəkata qarşı məqsədəuyğun bir hərəkət olar.
(A9 TV; 4 Avqust 2012)
Kommunistlər PKK hərəkatının Mehdiyyət ilə həll olunacağını bildikləri üçün də Mehdiyyəti aradan qaldırmağa çalışırlar.
(A9 TV; 4 Avqust 2012)
Bir müddət sonra hər kəs İslam Birliyinə məcbur olacaq. Hər kəs Mehdiyyətə məcbur olacaq. Başqa qurtuluş yolu qalmayacaq. Allah o nöqtəyə doğru aparır.
(A9 TV; 4 Avqust 2012)
Kürd problemi var, doğrudur. Türk, Laz, Ərəb, Liviya, Sudan, Somali, Çad, Əfqanıstan problemləri də var. Bunların hamısı İslam Birliyində toplanır. Deməli İslam Birliyi problemi var.
(A9 TV; 4 Avqust 2012)
Təqva baxımından, həqiqətən, türk milləti İslamı gözəl şəkildə yaşayan millətdir. Bütün dünya bunu qəbul edir. Amma təbii ki,nöqsanları da var. Amma lider türk milləti olacaq. Bundan başqa bir irq üstünlüyü iddiamız yoxdur. Ola bilməz də, olsa da, səhv olar. Çünki Allah bildirir ki, Allah qatında üstünlük ancaq təqva ilədir.
(A9 TV; 4 Avqust 2012)
İslam aləminin qulluqçusu olan türk millətinin ətrafında İslam aləmi toplanacaq. Yoxsa biz “türklər üstündür, genetik, irqi olaraq üstünük demirik. İstəsəniz genetik quruluşumuza baxın, üstünlüyümüzü görün” demirik . Xidmət üstünlüyümüz var.
(A9 TV; 4 Avqust 2012)
Müqəddəs əmanətlər haradadırsa, Mehdi də ordadır. Müqəddəs əmanətlər isə burdadır. Ona görə Türk-İslam Birliyi, Türkiyə İslam aləminin lideridir deyirik.
(A9 TV; 4 Avqust 2012)
İslam aləminin lideri ortaya çıxacaq. Hətta lider çıxıb, təbii liderdir. Lideri Allahın rəsulu (s.ə.v) vəhy ilə bizə bildirmişir ,Türkiyədir, Türklərdir. “Mehdi İstanbulda çıxacaq” deyir, vəssalam. “İlk dəfə türklər arasında bayrağını açacaq” deyir.
(A9 TV; 4 Avqust 2012)
Anti-kommunist fəaliyyət PKK problemini kökündən həll edəcəkdir. Daha da sürətlə çalışaq, daha da cəhd edək amma ən çox sevginin üzərində dayanaq. Allah sevgisi, Allah qorxusu və sevginin tətbiqi məsələsinə ciddi yanaşaq. Polislərimiz Cənub-şərqdəki bacı-qardaşlarımızı, əsgərlərimizi sevsinlər.
(A9 TV; 4 Avqust 2012)
On il ərzində Türkiyə bölgədəki ən böyük dövlət olacaq. İslam Birliyi yaranacaq. Türk-İslam Birliyi meydana gələcək.
(A9 TV; 4 Avqust 2012)





