Təəccüblüdür, insanın bu yazıq halı ilə təkəbbürlənməsi Allahın varlığının dəlillərindən biridir. Möcüzədir, insanlar bu yazıqlığı ilə təkəbbürə qapılır.
(A9 TV; 22 Avqust 2012)
Allah sevilmədiyini hiss etsə, bilsə, görsə ( onsuz da görür, çünki ÖZÜ yaradır) bəla qapısını açır. İqtisadi böhran, anarxiya, terror, iztirablar, narahatlıqlar, kədər, bədbəxtlik, insanların çirkinləşməsi, pisləşməsi, xəstəliklər, bəlalar bütün dünyanı bürüməyə başlayır. İNSANLAR ALLAHI SEVMƏYƏ BAŞLAYANDA DA BƏRƏKƏT, BOLLUQ, GÖZƏLLİK, NUR, İŞIQ, FƏRAHLIQ, ƏDALƏT DÜNYAYA HAKİM OLMAĞA BAŞLAYIR. Bu da Allahın varlığının açıq dəlillərindəndir.
(A9 TV; 22 Avqust 2012)
İnsanlar anlamalıdır ki, Allahı sevdikcə Allah bərəkəti, gözəlliyi artırır. Allaha qarşı çıxanda Allah bəlanı, çətinliyi artırır. Bunu da öz gözləri ilə görəcəklər.
(A9 TV; 22 Avqust 2012)
Bu il belə çətin keçdi, gələn il daha çətin keçəcək. Allah sevgisinin artması ilə mütənasib olaraq sonra getdikcə yavaş-yavaş Allah sevgisinin, Allah qorxusunun artması ilə bəlalar sakitləşəcək. Bu, Allahın varlığının bir dəlilidir. Həm bərəkət artacaq, həm iqtisadi böhran dayanacaq.
(A9 TV; 22 Avqust 2012)
Türk millətinin qədərində bölünmə yoxdur. Biz bir millət olaraq həmişə bütöv olmuşuq, yumruq kimiyik.
(A9 TV; 22 Avqust 2012)
Amerikalılar çox gözəl və qiymətli insanlardır. Amerikanın yıxılmasını, yox olmasını istəyənlər ağılsızlıq edirlər. Çox qiymətli mədəniyyətləri vardır. Onların mehribanlığı, səmimiliyi və dostluğu çox gözəldir.
(A9 TV; 22 Avqust 2012)
HZ. DAVUD (Ə.S) NƏSLİNDƏNƏM, BUNUNLA FƏXR EDİRƏM. DAVUD (Ə.S.) NƏSLİNDƏN OLMAQ NURDUR, ŞƏRƏFDİR, QÜRURDUR. Bəni İsrailin soyundanam, fəxr edirəm. Soyum Hz. Əlidən (r.ə), Hz. Davud (ə.s.) tərəfindən gəlir. Rəsulullah (s.ə.v) tərəfdən də Həşimi və Adnaniyəm. Şəcərəmdəki yeddi anam seyid və şərifədir. Hz. Yusif (ə.s)-ın, hz. İbrahim (ə.s)-ın soyundanam. PEYĞƏMBƏR NƏSLİNDƏN OLMAQ FƏXRDİR.
(A9 TV; 21 Avqust 2012)
Hər yerdə bəla vardır. Allaha Özünüzü sevdirərək bu bəlanı aradan qaldırın. Çünki Özünü sevdirmədən bəla qalxmaz. Nə iqtisadi böhran, nə də bəlalar aradan qalxar.
(A9 TV; 21 Avqust 2012)
Allah qorxusu fərqli gözəllikdir, dərin ağlın gözəlliyidir, ağıl ordan qaynaqlanır. Bəsirət, fərasət Allah qorxusundan qaynaqlanır.
(A9 TV; 21 Avqust 2012)
Ömür qısadır. Allah az bir müddət verir. Bu müddətin içərisində ən gözəl həzz Allahı sevmək, Allahdan qorxmaqdır. Allahdan qorxmayan onsuz da Allahı sevə bilməz. Allahı sevirsə, onsuz da Allahdan qorxar. Çünki bu qorxu sevgidən qaynaqlanır.
(A9 TV; 21 Avqust 2012)





