Şeytandan Allaha sığınıram, Allah Quranda belə buyurur: “Ey örtüsünə bürünən, qalx qorxut”. Örtüyünə bürünən Mehdi zühur edəcək, inşaAllah. Bu örtülər qalxarkən əzab, acı yaranar. Uşaq doğularkən də qadın əziyyət çəkər, amma sonda doğar. Doğum sancısı vardır. Səbir edən çox böyük savab alacaq.
(A9 TV; 23 Avqust 2012)
Mehdiyyətin 70 qapısı vardır. 70 bağlı qapı tək-tək açılır. Bütün qapılar açılacaq, Mehdiyyət ortaya çıxacaq.
(A9 TV; 23 Avqust 2012)
Xüsusi olaraq dəccaliyyət yaradıldı. Hal-hazırda dəccaliyyət aradan qaldırılır. Suriyaya, İraqa dəccalı Allah gətirdi, Allah da çıxarar. Mehdiyyətin qapıları açılır.
(A9 TV; 23 Avqust 2012)
Hz. İsa Məsihin, hz. Musa (ə.s) zamanını da Allah hazırladı. Hz. İbrahim (ə.s.) dövründə də elə etdi, amma bütün dünyada yenidən hazırlanır. Hz. Adəm (ə.s)-dan bəri yüksək səviyyədə hazırlanır.
(A9 TV; 23 Avqust 2012)
Mehdiyyət yorulmadan fəaliyyət göstərir. Allah Mehdiyyət üçün Türkiyəni və Yaxın Şərqi hazırlayır. İnsanlar elə düşünür ki, fəlakət baş verir. Lakin fəlakət olmur, belə qurulur. Bu tənzimləmə sırf Mehdiyyət üçündür. Yəni bu sizi qorxutmasın.
(A9 TV; 23 Avqust 2012)
Biz ödəniş istəmirik. Allah rizası üçün İslamı izah edirik. Allaha xidmət etmək haqla olmaz.
(A9 TV; 23 Avqust 2012)
Allah adamının pul qarşılığında Allah yolunda xidmət etməsi haramdır. Buna görə pulsuz, hətta özü ödəniş verərək xidmət edir. Kitab alır paylayır, öz pulu ilə insanlara yardım edir.
(A9 TV; 23 Avqust 2012)
Bizim bütün tariximiz belədir. Bir dəfəyə yüz min, iki yüz min şəhid verirdik. Biz elə millətin övladlarıyıq. Bu, unudulmayacaq, inşaAllah.
(A9 TV; 23 Avqust 2012)
Hər gün ağlamaq, pərişan olmaq nəticəsində bir çox insan sonda geri addım atar, Allah qorusun. Bu çox təhlükəlidir. Dayanmadan igid və cəsur millət olduğumuzu göstərməkdə məsuliyyət daşıyırıq.
(A9 TV; 23 Avqust 2012)
Məğlub edilən ağlayar, qalib gələn isə gülər. Biz güləcəyik, güclü olacağıq və bu gücümüzü, qüdrətimizi göstərəcəyik. İgid, cəsur, qorxmaz millət olduğumuzu göstərəcəyik.
(A9 TV; 23 Avqust 2012)





