Terroristləri yalnız hərbi üsullarla deyil, fikirlə təsirsiz etmək daha çox əhəmiyyətlidir. Məsələn, bizə desinlər ki, on min terroristin ideologiyasını dəyişdirdik, təsirsiz etdik, terrorist olmaqdan əl çəkdilər. Müjdə olaraq bizə söyləsinlər.
(A9 TV; 10 Sentyabr 2012)
Hz. Mehdi (ə.s)-dan əvvəl insanların könlü zəngin olmayacaq. Tamahkar, ehtiraslı olacaqlar. Mehdi dövründə könülləri zənginliklə dolacaq. Həm maddi, həm də mənəvi cəhətdən zəngin olacaqlar. Könülləri zəngin olduğu üçün, əliaçıq, cəsarətli insanlar olacaqlar.
(A9 TV; 10 Sentyabr 2012)
Hz. Mehdi (ə.s)-dan əvvəl vəhşi kapitalizm var idi. Çünki bərabərlik yoxdur. Deməli kasıblar və varlılar arasında böyük uçurum olacaq. Mehdi (ə.s) isə malı insanlara bərabər şəkildə paylayacaq.
(A9 TV; 10 Sentyabr 2012)
Əslində İslam Birliyi dövlətlərin əlindədir. Yəni bir gün içində yığışıb bir saat içində qərar qəbul edilər, məsələ də həll olar. Onların istəməyinə bağlıdır, amma vətəndaş istəsin ki, onlar da vətəndaşın istəyini, tələbini yerinə yetirsinlər. Gözləməyə ehtiyac yoxdur. Gözlədikcə fitnə, döyüş, anarxiya başlayar.
(A9 TV; 10 Sentyabr 2012)
İranda Darvinist-materialist düşüncədən əl çəkməlidirlər. Bütün İslam aləmini bağırlarına bassınlar. Şiə ilə sünni həmişə qardaşdır. Yəni özündən razılığı, “ən yaxşısını biz bilirik” fikrindən əl çəksinlər, inşaAllah.
(A9 TV; 10 Sentyabr 2012)
Terrorun həlli bataqlığın elmlə, biliklə, ağılla, sənətlə qurudulması, Darvinizm- materializmin yox edilməsidir. Dövlət Darvinist-materialist təhsilə son verməlidir, vəssalam. Universitetlərdə, liseylərdə Darvinist təhsil dayandırılmalıdır. Onun əvəzinə dəqiq elmlə həqiqətlər izah edilməlidir.
(A9 TV; 10 Sentyabr 2012)
” O zaman Allah yuxunda sənə onları az göstərdi…” (Ənfal Surəsi, 43) Bizə də Cənabı Allah darvinistləri gücsüz göstərdi. Həqiqətən, insanlar sonda gücsüzləşdilər. Halbuki, dünya miqyasında böyük quruluş idi. Bütün dünyaya hakim olan güc idi.
(A9 TV; 9 Sentyabr 2012)
Daim müsbət, optimist danışmaq lazımdır. İddialı danışırlar. Ona görə də insanlarda irəliləyiş yoxdur. Şövqləndirici, əzmli tərzdə danışılmalıdır.
(A9 TV; 9 Sentyabr 2012)
Kürd bacı-qardaşlarımız nur kimidirlər, canım, başımın tacıdırlar. Kürdlər nurdur, candır. Hamısı vətənin, Bədiüzzamanın, Səlahəddin Əyyubinin övladlarıdır. Şərəfli, iffətli, ağıllı, gözəl insanlardır. Hər biri bizə əmanətdir, inşaAllah.
(A9 TV; 9 Sentyabr 2012)
Peyğəmbərimiz (s.ə.v.) bildirib ki, Mehdinin çıxdığı dövrdə zəlzələlər artacaq. Dünya tarixinin iyirmi, otuz, əlli min illik keçmişi araşdırılarkən bu qədər zəlzələ olmadığı aydın olur. Yəni iyirmi qat daha çoxdur.
(A9 TV; 9 Sentyabr 2012)





