Bir xurafatçı üçün şiddət onsuz da din, dinin gərəyi deməkdir. Əvvəlcə xurafatçı ideologiyası aradan qalxmalıdır. Xurafatçı fikrin aradan qalxması üçün məzhəblər ləğv olunmalıdır. Onda Mehdiyyətdən başqa heç bir çıxış yolu yoxdur. İslam aləmi Mehdi (ə.s)-ın şərhindən başqa heç bir liderin şərhini qəbul etməz.
(A9 TV; 15 Sentyabr 2012)
Dövlət darvinist- materialist təhsili dayandırmalıdır. Bu, uğursuzluq gətirir, Allahın narazılığına səbəb olur. Doğru, elmi məlumat verin.
(A9 TV; 15 Sentyabr 2012)
Bədiüzzamanı Mehdi kimi göstərmək cəhdinin arxasında İslam Birliyinə maneə törətmək istəyi vardır. Çünki Bədiüzzamanı Mehdi olaraq göstəməkdə məqsəd budur: “Baxın, Mehdiniz gəldi, amma İslam hakim olmadı”.
(A9 TV; 15 Sentyabr 2012)
Hz. Mehdi (ə.s) tələbələri bir-birinə bənzəyər. Biz də hz. Mehdi (ə.s) tələbəsiyik və bir-birimizə oxşayırıq.
(A9 TV; 14 Sentyabr 2012)
Müsəlmanın xüsusiyyəti belədir ki, əxlaqsızlara, yalançılara qarşı mübarizə aparar. Sən də bunlara qarşı elmlə, Quranla mübarizə aparmalı, səbirli olmalısan.
(A9 TV; 14 Sentyabr 2012)
Allahı sevən yəhudiləri və xristianları da həmişə dəstəkləyəcəyik. Allahı sevən müsəlman, ələvi, bektaşi hər kim olursa olsun, əhli-qiblə olan bütün bacı-qardaşlarımızı başımızın tacı edirik və edəcəyik də, inşaAllah.
(A9 TV; 14 Sentyabr 2012)
Peyğəmbərimiz (s.ə.v) Quranı bizə təfsir edən, eyni zamanda, qeybdən Allahın diləməsi ilə məlumat verən insandır. Allah peyğəmbərlərə qeybdən məlumat verəcəyini söyləyir və vermişdir. Onların dedikləri həmişə doğru çıxar. Kim inkar edirsə etsin. İnkar etməsi heç nəyi dəyişdirmir.
(A9 TV; 14 Sentyabr 2012)
Əsgər müqəddəsdir, əsgərə söz demək olmaz. Sevgi, məhəbbət, səmimiyyət göstərilməli, dəstək olunmalıdır. Türk ordusu polad kimidir, adi ağcaqanad vızıltısından narahat olmaz.
(A9 TV; 14 Sentyabr 2012)
Əsgərimizə söz atanlar, hörmətsizlik edənlər böyük günah qazanırlar. Əsgər mübarəkdir, onlar Allah rizası üçün canlarını ortaya qoyurlar.
(A9 TV; 14 Sentyabr 2012)
Xarici İşlər Naziri cənab Əhməd Davudoğlu kimi biri respublika tarixində yoxdur. Çox möhtəşəm, Allaha, Kitaba özünü təslim etmiş mömin, müttəqi, Türk-İslam Birliyi aşiqi mübarək insandır.
(A9 TV; 14 Sentyabr 2012)





