Dünya işgəncəni hal-hazırda dayandıra bilmir. Hz. Mehdi (ə.s) zamanında işgəncə, zülm olmayacaq.
(A9 TV; 22 Sentyabr 2012)
Türk-İslam Birliyi deyərkən türk millətinin irqi üstünlüyü ortaya çıxmır. Biz İslam aləminin qulluqçusuyuq. Əziyyət və çətinliyi çəkəcək olan bizik.
(A9 TV; 22 Sentyabr 2012)
İSLAM ALƏMİNİN BAŞINDA DURACAQ BİR LİDER MÜTLƏQ LAZIMDIR. Bu da hər hansı bir adam deyil yalnız hz.Mehdi (ə.s) ola bilər. Hz. Mehdi (ə.s)-dan başqa heç bir kimsəni İslam aləmi qəbul etməz. Axtarsınlar, tapacaqlar. İsa Məsihi də axtarsalar, tapacaqlar. Amma sözümə qulaq asmasalar, qiyamət və fəlakət qapıdadır. Allah qorusun.
(A9 TV; 22 Sentyabr 2012)
Hal-hazırda İslam aləmində qulağı, gözü, beyini olmayan bir sistem var. Çünki İslam aləmi başçısız, lidersizdir. Hər yerdən bir səs, səda gəlir. Amma tək lider olsa, İslam aləmində dərhal dinclik, sevgi, sülh, qardaşlıq və demokratiya mühiti olar. Mehdi (ə.s)-ın tək bir sözü ilə hər şey həll olar.
(A9 TV; 22 Sentyabr 2012)
İsa (ə.s)-ın enişi və Mehdiyə tabe olmağa müqavimət göstərməməlidirlər. Hər ikisinə də sevgiylə, həyəcanla hazır olmalı və gözləməlidirlər. Həm də Cənabı Allahdan istəməlidirlər. Bunu istəmədikləri müddət ərzində dünyadakı bu fəlakətlər getdikcə artacaq.
(A9 TV; 22 Sentyabr 2012)
Peyğəmbərimiz (s.ə.v)-in hz. Mehdi ilə əlaqədar sözünü saymayan İslam aləmi bu gün pərişan haldadır və hər yerdə əzilir və təhqir olunurlar. Bəziləri öldürülür, digər qisminə küfr qoşulub, kimlərinsə evlərini yandırırlar, amma Mehdi (ə.s)-ın ətrafında toplansalar bayram, sevinc, gözəllik, xoşbəxtlik, bütün dünyaya hakim olacaq.
(A9 TV; 22 Sentyabr 2012)
MÜSƏLMANLAR MEHDİYYƏTƏ İNANIB TƏK BİR İNSANIN ƏTRAFINDA BİRLƏŞƏNDƏ BİR BAHAR HAVASI BÜTÜN İSLAM ALƏMİNİ BÜRÜYƏCƏK. Sevgi, sülh, qardaşlıq, demokratiya, sənət, elm hər yeri gözəlliklə əhatələyəcək. Mükəmməl estetik və ədalət duyğusu hər yerə hakim olacaq. Xristianlar, yəhudilər, dinsizlər, ateistlər hamısı bu cənnət kimi mühitdə son dərəcə rahat yaşayacaqlar. Bu da ancaq Mehdiyyət ilə olar.
(A9 TV; 22 Sentyabr 2012)
Xristianların, musəvilərin və müsəlmanların da xurafatı vardır. Xurafat dünyada çox böyük bir təhlükədir. AVROPANIN DA QARŞI OLDUĞU HƏQİQİ İSLAM DEYİL XURAFATDIR.
(A9 TV; 22 Sentyabr 2012)
Xurafatçı ilə müsəlmanı ayırd edərək həm müsəlmanların, həm Avropalıların, həm də Amerikalıların reaksiya göstərməsi, eyni zamanda da müsəlmanlığı da həm Avropanın, həm də müsəlmanların, hər kəsin dəstəkləməsi lazımdır.
(A9 TV; 22 Sentyabr 2012)
Mehdiyyətə, İslam Birliyinə və İsa Məsihin zühuruna qarşı olub problem çıxartmaq ancaq dəccal tərəfdarlarının işidir.
(A9 TV; 22 Sentyabr 2012)





