Məsələn, “Ya Rəbbi, universitet imtahanında uğur qazanım.” Onsuz da qazanıb qazanmadığının əhəmiyyəti yoxdur. Məktəbi bitirib, məzun olub və yaxud universitetə daxil olmayıb. Hər şeydə bir xeyir var. Səhərə qədər dua etsən nəticəni dəyişdirməz. Çünki dua namaz kimi ibadətdir. Allah nəticəyə vəsilə edər, vəssalam.

 (A9 TV; 19 Sentyabr 2012)

Şəhidlik toydur, bayramdır, gözəllikdir, nemətdir. Allah nemət olaraq verir. Allahdan gecə-gündüz hər duamızda- niyazımızda xahiş edirik ki, bizi şəhid olaraq yanına alsın. Müsəlman üçün ən gözəl son şəhidlikdir.

 (A9 TV; 19 Sentyabr 2012)

Türkiyədə də, bütün İslam aləmində də yer silkələnir. Mehdi (ə.s)-ın zühuru məşəqqətli keçir. Allah hz.Mehdi (ə.s)-ın zühurunu yaratdığı üçün bütün dünyanı silkələyir. Mehdi (ə.s) çıxana qədər yer-göy tərpənməyə davam edəcək.

 (A9 TV; 19 Sentyabr 2012)

Hz. Musa (ə.s)-ı  və hz. Yusif (ə.s)-ı çəkdiyi əziyyətlərə görə sevirik. Hz. Yusif (ə.s) sarayda yaşasaydı bu dərəcədə sevilməzdi. Bu qədər sevilməsinin səbəbi çəkdiyi əziyyətlər, çətinliklər, səbri və gözəl əxlaqıdır. Nəticə olaraq dünya mütləq imtahan üçün lazımdır.

 (A9 TV; 19 Sentyabr 2012)

Cənabı Allahın əsl istədiyi cənnətdir. Dünya cəhənnəmi xatırladır, cənnətlə cəhənnəm arasındadır. Dünyada cənnət əlamətləri vardır. Məsələn, qadınların gözəlliyi, çiçəklərin gözəlliyi, lakin insanların acizliyi, havanın isti olması, soyuq olması, xəstəlik, dərd, ağrı, ölüm və çətinliklər cəhənnəm əlamətidir.

 (A9 TV; 19 Sentyabr 2012)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)