Terrorun tək həlli fikri mübarizədir. Bundan başqa bir yol yoxdur. Leninizm çox mərhəmətsiz sistemdir. Şeytanın təsiri ilə formalaşmış quruluşdur.

 (A9 TV; 3 Oktyabr 2012)

Sevgi ilə hər şey asan olur, hətta siyasət də. Bərəkət, bolluq, gözəllik olar. Allahı, Allah xatirinə yaratdıqlarını da sevəcəyik. Bu, hər gün toy, bayram deməkdir. Əks halda çox qorxunc və iztirablı olar.

 (A9 TV; 3 Oktyabr 2012)

PKK Leninist təşkilatdır. Onlar da o dinin lazım olanını edirlər. Ancaq bu din elm və fəlsəfə ilə yox edilə bilər. Ağıl və sevgi ilə o dinin tərəfdarları qalmayacaq. Bir din yox olduqda, onun tərəfdarları da yox olar. Bir dinin etibarsız olduğunu isbat etsən, tərəfdarı qalmaz.

 (A9 TV; 2 Oktyabr 2012)

Şəhid olmaq bizim üçün onsuz da namaz kimi, oruc kimi iftixarla istədiyimiz bir ibadətdir. Biz həyat həvəskarı deyilik. Şərəfimizə, namusumuza, dinimizə, bayrağımıza, millətimizə, torpağımıza əl uzadılmasını qəbul etmərik.

 (A9 TV; 1 Oktyabr 2012)

Abdullah Öcalan səhv etdi və günah işlətdi. Günahının kəffarəsini bu dünyada da, axirətdə də çəkəcək, inşaAllah. Cinayət varsa, cəza da vardır. Bu bütün ilahi və haqq dinlərdə, eləcədə, bütün dövlətlərin qanunvericiliyində vardır. Cinayət olsun,amma cəza olmasın, bu mümkündürmü? Belə olsa ədalət olmaz.

 (A9 TV; 1 Oktyabr 2012)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)