Kəpənəklər özləri bəzəklidir, maşaAllah . Məsələn, böcəklər, arılar par-par parıldayırlar. Palçığın içinə də girsə, toz-toprağın içində də olsa yenə də tərtəmiz, parıltılı olarlar. Üstlərində heç toz da olmaz, amma insan elə deyil. Yəni insan çox diqqətli, özünəbaxımlı olmaqla, ağılla gözəl olar.

 (A9 TV; 2 noyabr 2012)

Bir qadının özünə baxması üçün ağıl lazımdır, zövqlü, bədii ruhlu olmalıdır. Çünki bədən xam materialdır. Ağıllı insan onu yaxşı işləsə heyrətamiz olar. Qadın də əgər ağıllıdırsa, özünü sevgi ilə, elmlə, ağılla, mədəniyyətlə, ədəblə təmin edər, dərin Allah sevgisi ilə, Allah qorxusu ilə gözəlləşdirər və bədənini də belə düşünərək mükəmməl edər.

 (A9 TV; 2 noyabr 2012)

Sevgini davam etdirmək çox əhəmiyyətlidir. İnsan həm keçici sevə bilər, həmdə ömrünün sonuna, sonsuza qədər sevə bilər. Keçici sevgi sevgi deyil. Bu, həvəsdir. Qəti, qərarlı olaraq, hətta daha da inkişaf etdirərək, gücləndirərək, artıraraq, gözəl istiqamətlərini görərək sevmək lazımdır, o, cənnətin vəsfidir.

 (A9 TV; 2 noyabr 2012)

Sevginin olması üçün də Allah qorxusu, Allah sevgisi lazımdır. Çünki Allah sevgisinə əsaslanan sevgi bitməz, tükənməz. Bir insan ölümlü olan əti, sümüyü nə qədər sevə bilər? Amma Allah sevgisinə əsaslansa mükəmməl bir sevgi olar.

(A9 TV; 2 noyabr 2012)

Sevginin üstündə qətiyyətlə dayanmaq lazımdır. Əlindən almaq istəsələr belə müdafiə etmək lazımdır. Məsələn, uşağın əlindən oyuncağını alsan, necə ki o oyuncağı almaq üçün can atar, eləcə də müsəlman sevgidən əl çəkməyəcək. Nə olursa olsun sevgini, şəfqəti itirməyəcək.

(A9 TV; 2 noyabr 2012)

Şəfqət, sevgi müsəlmanın əsas xüsusiyyətləridir. Bu xüsusiyyətləri heç vaxt tərk etməməlidir. Çünki şeytan insanı sevgidən uzaqlaşdırmaq, şəfqəti ondan almaq istəyər. Ona nifrəti, hirsi, kini vermək istəyər. Halbuki, sevgi ən gözəl duyğudur. Allahın verdiyi ən böyük nemətdir.

(A9 TV; 2 noyabr 2012)

İman, din insanı necə də gözəl edir. Amma həqiqi din, mürtəcelik, xurafatçılıq deyil. Qurana əsaslanan müsəlmanlıq isə möhtəşəm gözəllik, ağıl, ruh gözəlliyi, zənginlik, bərəkət, xoşbəxtlik, sevinc yaradır.

 (A9 TV; 2 noyabr 2012)

Sənətçiyə hər yerdə hörmət göstərilməlidir. Restorana gedəndə restoranda, küçədə, hər yerdə hörmətlə yanaşmaq lazımdır. Diqqətsizlik, yersiz hərəkətlərə yol vermək olmaz. Sənətçinin dəyərini bilməmək onun sənətinə hörmət etməməkdir. Həm dövlətimiz, həm də xalqımız sənətçiləri qorumalı, hörmət etməlidirlər.

(A9 TV; 29 Oktyabr 2012)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)