Mehdi (ə.s) dövründə xeyli sayda sevgisiz, mərhəmətsiz, şəfqətsiz, qəddar insanlar olacaqdır. Çirkin sözlər deyəcək, çirkin hərəkətlər edəcək, tələlər quracaqlar. Mehdi (ə.s) isə necə olursa olsun onlara qarşı yenə şəfqətlə davranacaq, inşaAllah.
(A9 TV; 5 Noyabr 2012)
Mehdi (ə.s)-ın həyatında həmişə həbs olunma təhlükəsi vardır. Yusuf Surəsi buna işarə edir. Həbs sanki Mehdi (ə.s)-ın başında bir qılınc kimi dayanacaq. Onun da imtahanı budur. Deməli, Mehdi (ə.s) çox təhlükəli mübarizə aparacaq .
(A9 TV; 5 Noyabr 2012)
Sevgidə əsas güvəndir. İnsan güvənmədiyi birini sevməz, güvənmədiyi insanın yanında rahat olmaz.
(A9 TV; 5 Noyabr 2012)
Müjdə, sevinc, iman, insanı canlandırar. Məsələn, xəstəliyi varsa keçər, insanın kefini açar, ürəyinə fərahlıq verər. Quran bu həqiqətə işarə edir. (Yusuf Surəsi, 96)
(A9 TV; 5 Noyabr 2012)
Kədər, üzülmək insanda depressiya yaradar. Bədənin mikroblara, bakteriyalara, xəstəliklərə, şişə qarşı müqaviməti azalır və yaxud tamamilə yox olur. Bədən infeksiyaya, xəstəliklərə qarşı müqavimət göstərə bilmir.
(A9 TV; 5 noyabr 2012)
Həyat qısadır, vaxtı lazımınca dəyərləndirməliyik. ZAMAN MÜHƏNDİSİ OLMALISAN. ON, OTUZ SANİYƏNİ, HƏTTA BİR DƏQİQƏNİ DƏYƏRLƏNDİRMƏK LAZIMDIR. Qızıl ilə məşğul olanlar qızılın tozunu belə israf etmirlər. ZAMAN QIZILDAN QİYMƏTLİDİR .
(A9 TV; 4 noyabr 2012)
Allah passivliyi bəyənməz. Bəzi insanlar passiv olanda, etinasız, biganə qalmağı bacarıq zənn edirlər. Halbuki, çox böyük savab, gözəllik itirirlər. Onlardan soruşsanız, məqsədəuyğun olduğunu zənn etdiklərini görərsiz. Halbuki, çox böyük zərərdir.
(A9 TV; 4 noyabr 2012)
Hökumətimizin Putin ilə əməkdaşlıq etməsində çox böyük fayda vardır. Xüsusilə, Putin dövrünü dəyərləndirmək lazımdır.
(A9 TV; 4 noyabr 2012)
Dəccalın silahı asanlıqdır. Mehdiyyət çox çətindir. Mehdiyyət dəyərli olduğu üçün çətin keçidlərdən keçər. Çünki məhv etmək asandır, bərpa, təmir etmək çətindir. Dəccaliyyətdə hər bir iş asandır. Dəccalın işi asanlıqdır. Mehdiyyət isə uzun müddətdir, təmir, bərpa edərək irəliləyir.
(A9 TV; 4 noyabr 2012)
İman həqiqətlərini izah edənlərə dəstək olmaq çox əhəmiyyətlidir. Quran möcüzələrini, Darvinizmin, materializmin etibarsızlığını, saxtakarlığını izah edən insanlara dəstək olmaq çox əhəmiyyətlidir. O zaman insanlar ortaq nöqtəyə gələrlər.
(A9 TV; 4 noyabr 2012)





