Dində təzyiq, məcbur etmək yoxdur. İstəyən istədiyi kimi düşünər. Allah sınayır, imtahan nə demək? Azad iradənlə qərar verirsən.

(A9 TV; 13 Noyabr 2012)

Sevgisiz, estetikadan uzaq, baxımsız, dağınıq, əzik, özünə qapanan bir dünya ilə, musiqi yox, sənət yox, demokratiya yox, coşğu yox, həyəcan yox, o şəkildə İslam hakim olmaz. Allah belə qorxunc bir sistemi də bizə fərz etməz. Allah belə qorxunc şeyləri bizdən qaldırmışdır. İnsanlar özləri bu qorxunc sistemləri, dəhşətli sistemləri icad edirlər.

(A9 TV; 13 Noyabr 2012)

Fanatizmlə din hakim olmaz. Mənə deyirlər ki, “Niyə şənsən? Niyə musiqi var? Niyə şəkil var? Niyə əylənirsən?” Başqa cür din hakim olmaz.

(A9 TV; 13 Noyabr 2012)

Mehdi (ə.s) çıxarkən zənn edirlər ki, xurafatçı, fanatik düşüncə köhnəsinin yüz misli qədər ortaya çıxacaq. Mehdi (ə.s) çıxanda köhnəsinin yüz misli qədər fanatik düşüncə ortadan qalxacaq. Demokratiya, sevgi, sülh gələcək, iqtisadi rifah gələcək və ədalət gələcək.

(A9 TV; 13 Noyabr 2012)

Hz. İsa Məsih (ə.s) Darvinizm, materializm mövzularına girmir, imani mövzularda da bir fəaliyyət göstərmir. Allahualəm hər halda fərqinə varılmaq istəmir. Amma siyasətə girir. Siyasət cəhətdən dünyanı istiqamətləndirir. Allah elə ilham etmiş demək ki, elə vəhy etmişdir.

(A9 TV; 11 Noyabr 2012)

Peyğəmbərimiz (s.ə.v)-in axır zamanda çıxacağını söylədiyi əlamətlərin hamısı reallaşdı. Bu bir möcüzədir, amma bəzi insanlar peyğəmbərimiz (s.ə.v)-in möcüzələrini gizlədirlər. Halbuki, hər yerdə izah edilməsi lazımdır. Möcüzə nədir? İmanı artıran bir şeydir. Peyğəmbərimiz (s.ə.v)-ə hörməti, sevgini daha da artıracaq. Peyğəmbərimiz (s.ə.v)-in möcüzələrini söyləsən insanlar çox sevər, heyran olarlar, peyğəmbərliyini qəbul edərlər.

(A9 TV; 11 Noyabr 2012)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)